Modellista atelyesi yeni nəsil Toyota Harrier krossoveri üçün tuning dəstini hazırlayıb. Yapon tüner müştərilərə iki tərtibat variantından birini seçməyi təklif edir. Birinci dəst, Gran Blaze Style adlanır və bol xrom elementlər sayəsində avtomobilin görünüşünü daha sanballı etmək üçün nəzərdə tutulub. İkinci dəst Avant Emosional Style adlanır. Bu dəstin təyinatı krossoverin görünüşünə dinamizm əlavə etməkdir.
Gran Blaze Style
Bu günlərdə yapon dilerlərinin salonlarında nümayiş etdirilən standart krossoverlərdən fərqli olaraq, tüning edilmiş krossoverlər 20-düymlük təkər diskləri (dəstin qiyməti 434.4 min yen), atm kuzov dəsti və səsboğucu sistemin çıxış borularının ucluqlarında ( 8,8 min yen əlavə ödənişlə sifariş verilə bilər).
Müştərilərin istəyi ilə, Modellista mütəxəssisləri salonu daxili işqlandırılma ilə təchiz edə, baqajı isə gəmilərin göyərtəsindəki kimi ağac döşəmə ilə üzlyəyə bilər. Sonuncu opsiya üçün 30 min yen ödəmək gərəkdir.