Toyota şirkətinin Modellista bölməsi Crown S Sport Style sedanı üçün staylinq dəstini təqdim edib. Staylinq dəstə malik olan sedan tündləşdirilmiş işıq texnikası, qara rəngli təkər diskləri, radiator barmaqlığı və duman əleyhinə fənərlərin haşiyəsi ilə seçilir.
Sedanın salonunda da tünd rənglər hökmranlıq edir. Salonda qırmızı haşiyələri də görmək olar. Standart olaraq, «Karun» oturacaqların qarışıq örtüyü ilə təklif edilir. Dəri salonu isə yalnız əlavə ödənişlə əldə etmək mümkündür.
Modellista dəstinin tərkibinə ön bamperin spoyleri, yan və arxa ətəklər daxildir. Bundan başqa, bölmənin kataloqunda duman əleyhinə fənərlərin və yan güzgülərin metallaşdırılmış dekorları, həmçinin 19-düymlük alüminium WingDancer X təkər diskləri, Michelin Pilot Sport 4S şinləri daxildir.
Toyota Crown S Sport Style sedanını 245 at qüvvəli 2,0-litrlik turbomühərrik və 8-pilləli avtomatik qutu ilə təchiz edilir. Bundan başqa, sedanın mühərrik çeşidinə 226 at qüvvəli hibrid aqreqatı da daxil edilib. Hibrid qurğu 2,5-litrlik atmosfer mühərrikinin əsasında yaradılıb. Baza mühərriki ilə təchiz edilmiş avtomobillər yalnız arxadan çəkişli, hibrid versiya isə həm arxa, həm də tam şəkişli ola bilər.