Çempionatın lideri Sebastyan Fettel Monako Qran Prisində qalıb gələrək, bu mövsümdə üçüncü qələbəsini əldə etmiş oldu. Beləliklə, alman pilot ən yaxın rəqibi olan Lyuis Həmiltonla arasındakı xal fərqini 25-ə çıxararaq liderliyini möhkəmləndirdi.

Yarışın startı, nə qədər qəribə görünsə də, hadisəsiz keçdi. Pouldan start alan Kimi Rəykkonen liderliyini qorudu, Sebastyan Fettel isə Bottasa keçiş imkanı verməyərək ikinci yerini qorudu.

Ümumiyyətlə bu yarışda yerdəyişmələr çox olmadı - Həmilton 13-cü yerdən 12-ci yerə yüksəldi. Kvyat isə, bunun əksinə olaraq 9-cu yerdən 11-ci yerə gerilədi. Censon Batton və Paskal Verlyayın ilk dövrədən sonra pit-stopa yollandılar və yeganə pit-stoplarını həyata keçirdilər.Sonrakı dövrələrdə ötmələr olmadı və peleton açılmağa başladı. Ferrari pilotları yüksək temp nümayiş etdirərək rəqiblərindən uzaqlaşmağa başladılar. 10-cu dövrədən sonra ili Ferrari pilotu arasındakı fərq 2,2 saniyə təşkil edirdi. Fettel və Bottas arasındakı fərq isə 4,0 saniyə təşkil edirdi. Eyni zamanda, Bottas onu təqib edən Red Bull Racing komandasının pilotları ilə aranı iki saniyə açmışdı.

16-cı dövrədə yarışın sakit axarını Hülkenberqin tüstülənən bolidi pozdu. Ötürmələr qutusunun xarab olması Renault pilotunu avtomobilini təhlükəsizlik ciblərinin birində dayadırmağa məcbur etdi. 

Eyni zamanda, Force India pilotu Serxio Peres pit-stopa yollandı və trekə qayıtdıqdan sonra Lens Strollun (Williams F1) arxasında ilişdi. Yalnız 20 dövrədən sonra kanadalı pilotu keçməyi bacaran meksikalı yarışın yeganə ötməsinə imza atdı. Yarışın həlledici anı ilk pit-stoplar dalğası oldu.

32 dövrədə Ferstappen, 33-cüdə Bottas, 34-cüdə Rəykkonen pitə yollandılar. Rikkardo ilə Fettel isə daha gec pitə yollanmağa üstünlük verdilər və bunun sayəsinə Fettel liderliyə, Rikkardo isə üçüncülüyə yüksəlmiş oldular. Ən son pitə yollana pilot Həmilton oldu - 39-cu dövrədə britaniyalı yeganə pit-stopunu həyata keçirdi. Lyuis pit-stopdan sonra altıncı yerə qalxsa da Karlos Sayns pitdən onun önündə çıxmağa müvəffəq oldu. 

Monakoda adətən yarışın sonlarına yaxın təhlükəsizlik avtomobilin trekə çıxması halları müşahidə edilir. Bu dəfə də belə oldu. Yarışın bitməsinə 17 dövrə qalmış Batton tuneldən öncəki döngədə Verlyaynı keçməyə cəhd göstərdi.

Lakin, avtomobillərin təması nəticəsində Sauber bolidi çevrilərək divara söykəndi, Batton isə, sınmış asqı səbəbindən yarışı tərk etdi. 

Yarışın bitməsinə 11 dövrə qalmış təhlükəsizlik avtomobili treki tərk etdi və yarışa yenidən start verildi. Restartdan öncə Markus Eriksson, restartdan sonra isə Stoffel Vandorn eyni yerdə - Sainte Devote döngəsində avtomobillərini əzdilər. Lakin, qəzalar bununla bitmədi - 71-ci dövrədə Pereslə toqquşan Kvyat yarışı tərk etdi. Fettal isə yarışı inamla davam etdirərək damalı bayrağı görən ilk pilot oldu.

Bu qələbə sayəsində Ferrari 16 il sonra Monakoda ilk uğurunu qazandı. Kiminin ikinci sırada yarışı bitirməsi yeddi il sonra Ferrari komandasına ilk dublu gətirdi.

Podiumun son pilləsinə Daniel Rikkardo qalxdı. Bottas dördüncü, Ferstappen isə beşinci oldu. İlk onluğu Sayns, Həmilton, Romen Qrojan,  Felipe Massa və Kevin Maqnussen tamamladı.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt