Bildiyimiz kimi, Monako Qran Prisində sıralama turları böyük əhəmiyyət kəsb edir. Bunun əsas səbəri dar şəhər küçəsində demək olar ki, ötməni həyata keçirməyin qeyri-mümkün olmasıdır. Bu səbəbdən də bu gün keçirilmiş tədnifat mərhələsi vacib idi.

Təsnifat mərhələsi öncə keçirilmiş sərbəst yürüşlər Monakoda poul uğrunda mübarizənin Ferrari pilotları arasında gedəcəyindən xəbər verirdi. Maranellodan olan komandanın əsas rəqibi olan Mercedes-AMG komandası isə ərbəst yürüşlərdə müəyyən problemlərlə üzləşmişdilər. Bir çoxları bunu Mercedes bolidlərinin uzun təkər bazası ilə əlaqəndirirdilər.  

Monakoda liderlər arasında ən çox itirən pilot Lyuis Həmilton idi. Onun komanda yoldaşı olan Valtteri Bottasın da italyan komandasının pilotları ilə mübarizə aparacağına ümid etmək olmazdı. Eyni zamanda, diqqətlər McLaren komandasına və İndy 500 yarışlarında iştirak edən Alonsonu əvəz etmiş Censon Battona yönəldilmişdi.  Digər tərəfdən Honda aqreqatları ilə problem yaşayan ingilis komandasının Monakoda xal qazanmaq şansı daha çox idi.

Bildiyimiz kimi, Monakoda mühərrikin güc xarakteristikaları deyil, şassinin yaxşı «işləməsi» daha vacibdir. McLaren komandasının yaratdığı şassi isə buna imkan verirdi. Bununla belə, komandanın gənc sürücüsü Stoffel Vandorn artıq İspaniyadakı yarşdakı xətasına görə üç yer itirəcəkdir.

Censonun bolidində də güc qurğusunun elementləri dəyişildiyi üçün onunda sonuncu sıralarda yarışı başlayacağı məlum idi. 

Pirelli Monakoya ən yumşaq tərkibləri gətirmişdi: Soft, SuperSoft və UltraSoft. Bununla belə, Monako üçün daha yumşaq tərkibin gərək olduğu da istehsalçı tərəfindən təsdiq edilmişdi.

İlk sessiyada Romen Qrojanın bolidi beşinci döngənin çıxışında yerində fırlansa da, fransız pilot vəziyyətdən çıxaraq müabrizəyə davam etdi. Digər tərəfədən Erikssonun bolidinin  baryerlərlə təması nəticəsində təkər diskdən ayrıldı və o avtomobili təhlükəsizlik zonasında dayandırmalı oldu.

Ferstappen protokola başçılıq etdi, Okon, Palmer, Stroll, Verlyan və Erikson sırlamanı tər edən ilk pilotlar oldular.

İkinci sessiyada da pilotlar UltraSoft təkərlərindən istifadə etməyə davam etdilər. Protokola 1.12,780 zamanla Rəykkonen başçılıq edirdi. Həmilton avtomobilindən şikayət edərək boksa qayıtsa da, müəyyən müddətdən sonra trekə geri qayıtdı. İkinci cəhddə Kimi zamanı bir qədər də yaxşılaşdırdı - 1.12,251.

Bu nəticə ikinci sessiyanın ən yaxşı nəticəsi oldu. İkinci sessiyanın sonunda Vandord avtomobilini əzərək bir çox pilotların ikinci cəhdini korlamış oldu. Kvyat, Hülkenberq, Magnussen, Həmilton və Massa finala adlaya bilmədilər. Üçüncü hissədə Kimi Rəykkonen ilk cəhdində 1.12,296 zamana imza ataraq poula kimin iddialı olduğunu bir daha bildirmiş oldu. İkinci cəhdində isə o 1.12,178 zamana imza ataraq poulu qazandı və Monako trekinin yeni rkorduna imza atdı.

Sebastyan Fettel komanda yoldşı ilə birlikdə ilk cərgədən start almaq hüququnu əldə etdi. İkinci cərgədən Bottas və Ferstappen, üçüncüdən isə Rikkardo və Sayn yarışa başlayacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt