İtaliya Qran Prisinin təşkilatçıları Monzada keçiriləcək yarış həftəsonu öncəsi, trekdə təhlükəsizlik səviyyəsini yüksəltmək üçün baryerlərin quruluşuna düzəliş ediblər.

Yeni TecPro baryerləri Roggia Chicane, həmçinin Ascari şikanasından girişdə və çıxışda quraşdırılıbdır. Boru içlikləri olan və konveyer lentləri ilə birləşdirilmiş əlavə şinlər Lesmo döngəsində və Ascari şikanasındakı əvvəlki şin baryerlərinin önündə yerləşdirilib.

Bundan başqa, start-finiş düzlüyünə yeni asfalt qatı çəkilib.

Xatırladaq ki, bu həftəsonu məşhur italyan avtodromunda Formula 1 çempionatının növbəti mərhələsi keçiriləcəkdir.