Mopar atelyesi Las Veqasda keçiriləcək SEMA tüninq-şousunda nümayiş etdirmək üçün hazırladığı Lowliner Concept adlı konseptual pikapı nümayiş etdirib. Pikapda firma kataloqunda mövcud olan seriya və təcrübi komponentlərdən geniş istifadə olunub.
Hal hazırda Yeni dünyada klassik pikapların tüninqi çox populyardır. Bu səbəbdən də, Mopar yeni layihə üçün müasir modeli deyil, 1968-ci ilin Dodge D200 pikapını götürüb. Tünerlər ilk növbdə modelin ön körpüsünü 76 mm önə çəkərək təkər bazasını genişləndirib, üç rejimə malik olan pnevmatik asqını, ziyarətçilərin 5,9-litrlik Cummins dizelini yaxşı görməsi üçün tamamilə açılan ön hissəni, 6-pilləli mexaniki ötürmələr qutusunu quraşdırıblar.
Lourayderin digər xüsusiyyətləri Ram 1500 modelində götürülmüş yük platformasının qaldırılmış döşəməsi, 60-cı illərin üslubunda olan 22-düymlük təkər diskləri, xarici dekor elementlərinin yoxluğu, LED işıq tenikası, salonun Blazing Saddle Tan dərisi ilə üzlənməsi, orijinal sükan çarxı və alüminium haşiyəli Mopar cihazlarıdır.