Morgan şirkəti özünün hazırladığı güc qurğusu ilə təchiz edilmiş ilk avtomobilini göstərib. Bu, britaniyalıların yeni texnologiyaları və perspektivli həlləri sınaqdan keçirəcəyi XP-1 adlanan elektrik prototipidir. Üçtəkərlinin elektrik ötürməsi şirkətin mühəndisləri tərəfindən hazırlanıb.
Avtomobilin Super 3 benzin modelindən daha güclü və cəmi 60 kiloqram ağır olduğu ortaya çıxıb. Elektromobil iki istiqamətli enerji ötürülməsini dəstəkləyir və Morgan breninin tarixində ilk dəfə olaraq elektrik dayanacaq əyləci ilə təchiz edilib.
Morgan Motor Company elektriklə hərəkət edən nəqliyyat vasitəsi buraxmaq fikrindən daşınmayıb və bunu təsdiqləmək üçün eksperimental XP-1 üçtəkərlisini hazırlayıb. Faktiki olaraq o, brendin gələcək elektromobillərinin prototipidir.
XP-1 prototipində istehsal texnologiyalarını sınaqdan keçiriləcək, həmçinin şirkəti mühəndislərinə daxili yanma mühərrikli avtomobillərin idarəetmə xüsusiyyətlərini elektrik nəqliyyat vasitələrinə necə köçürməyi daha yaxşı anlamağa kömək edəcəkdir.
Ümumiyyətlə, XP-1 konsepti Morgan EV3 modelinə bənzəyir. Britaniya brendi özünün ilk elektromobilini 2016-cı ilin yazında Cenevrə avtosalonunda təqdim etmişdi.
Üçtəkərlinin kütləvi istehsalı dəfələrlə təxirə salınıb və elektrik komponentlərinin təchizatçısı Frazer-Nash Energy Systems şirkəti ilə uğursuz əməkdaşlıq nəticəsində layihə müvəqqəti olaraq dayandırılıb. Acı təcrübə ingilisləri başqa çarə axtarmağa sövq edib – ingilislər özləri güc qurğusunu hazırlamaq qərarına gəliblər.
Bu, Morqan üçün ilk belə təcrübədir. Üstəlik, güc qurğusu ilə yanaşı, onun üçün nəzərdə tutulmuş alətlər dəsti də yaradılıb. Bu dəsytin köməyi ilə müxtəlif komponentlərin uyğunluğunu yoxlamaq, yürüş ehtiyatını hesablamaq və mümkün səyahət ssenarilərindən hər hansı birini simulyasiya etmək olar. XP-1 protoipinin aerodinamikası orijinal Super 3 ilə müqayisədə 33% yaxşılaşdırılıb.
Elektromobil iki istiqamətli güc ötürülməsini dəstəkləyir, eyni zamanda, Morgan brendinin tarixində ilk dəfə olaraq, elektrikli dayanacaq əyləci ilə təchiz edilib.
Prototipi tranmsissiya tuneldə quraşdırılmış yeganə elektrik mühərriki hərəkətə gətirir. Onun gücü 136 at qüvvəsi təşkil edir. Xatırladaq ki, Super 3 modelində quraşdırılmış 1,5-litrlik üçsilindrli Ford Dragon atmosfer mühərriki cəmi 118 at qüvvəsi hasil edir.
33 kilovat-saatlıq batareyanın tutumu enerji yükləmədən təxminən 240 kilometr yol qət etməyə imkan verir. XP-1 bir sıra xüsusi cəhətlərə də malikdir. Məsələn, yeni aerodinamik təkər örtükləri və batareyadakı enerji səviyyəsini göstərən xarici indikator.
Modelin seriya perspektivləri haqqında heç nə deyilmir. “Morqanın” yaxın planlarına yalnız və yalnız sınaqlar daxildir. Elektromobil seriyaya gedərsə, bunun 2027-ci ildə tez baş verməyəcəyi bildirilib.
XP-1 isə hər zaman göz qarşısında olacaq. Şirkət qaçılmaz elektrikləşməni xatırlatmaq üçün, ondan müxtəlif tədbirlərdə istifadə etməyi planlaşdırır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.