Böyük Britaniyanın Morgan şirkəti, konstruksiyası ötən əsrin otuzuncu illərinə məxsus olan idman avtomobilləri buraxan dünyanın ən mühafizəkar avtomobil istehsalçısı kimi tanınır. Ancaq Morgan bu imici dəyişmək üçün əlindən gələni edir.
Şirkətin standartlarına görə, Morgan Plus Six modeli hələ tamamilə yenidir (altı il əvvəl debüt edib), lakin artıq o da keçmişdə qalıb: 2024-cü ilin sonunda onun Pinnacle indeksli vida seriyası buraxılıb. Vida seriyası xüsusi ilə bahalı interyeri olan 30 avtomobildən ibarətdir. İndi isə, yeni flaqman bəyan edilib.
Morgan Plus Six Pinnacle
Hələlik adı açıqlanmayan gələcək Morqan modeli yol sınaqları zamanı çəkilmiş şəkillərdə göstərilib. Bu, brend üçün kifayət qədər ənənəvi dizayna malik olan kupedir.
Bununla belə, britaniyalılar əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış aerodinamika vəd edirlər. Bir çox həllər, Pininfarina studiyası ilə əməkdaşlıqda yaradılan və kiçik miqyasda buraxılan keçən ilki Morgan Midsummer modelindən götürüləcək.
Flaqmanın əsasını alüminium CXV platforması təşkil edir ki, bu da mövcud olan CX-Generation arxitekturasının dəyişdirilmiş və təkmilləşdirilmiş versiyasıdır. Azaldılmış çəki və artan struktur sərtliyi vəd edilir.
Nəhayət, kapotun altında BMW şirkətinin 3,0-litrlik sıralı altısilindrli tvin-turbo mühərriki yerləşəcək: təqaüdə göndərilən Plus Six modelində o, 340 at qüvvəsi hasil edirdi. Yeni sportkarın debütü cari ilin yazında baş tutmalıdır. Eyni zamanda, dördsilindrli turbomühərriki olan daha kiçik Morgan Plus Four da model xəttində qalacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.