Bu ilin yayında Rusiyanın paytaxtı Moskvada keçirilməli olan beynəlxalq avtosalon ləğv edilib.Sərginin təşkilatçıları 26 avqustda işinə başlamalı olan sərginin baş tutmayacağını elan ediblər. Tədbirin ləğv edilməsinin səbəbləri arasında koronavirus pandemiyası, əlverişsiz iqtisadi vəziyyət və yeni avtomobil satışlarındakı kəskin azalma da vardır.
Rusiya Avtomobil İstehsalçıları Birliyinin bəyanatından belə bir nəticəyə gəlmək olar ki, Moskva Beynəlxalq Avtomobil Sərgisini (MIAS-2020) təxirə salınması məsələsinə baxılmır və buna görə də, avtosalonun qrafiki saxlanılarsa, növbəti sərgi yalnız 2022-ci ildə keçirilə bilər.
Qeyd etmək lazımdır ki, son illərdə bütün avtomobil sərgilərinin populyarlığı azalmaqdadır. Bir çox istehsalçı yeni məhsullarını onlayn və ya xüsusi tədbirlərdə təqdim etməyə üstünlük verir. İş orasındadır ki, Moskva avtosalonun təşkilatçıları növbəti sərgidə iştirak etmək istəyində olan avtoistehsalçıları tapmasınlar. Məsələn, hətta uğurlu il sayılan 2018-ci ildə Mercedes-Benz, Audi, Lexus, Infiniti, Cadillac, Skoda, Nissan və Porsche kimi şirkətlər Moskva avtosalonunda iştirakdan imtina etmişdilər.
Mənbə: Motor.ru