Ducati şirkəti yeni Diavel V4 modelini təqdim edib. Dünyanı bürümüş böhranı nəzərə alaraq, yeni “Şeytanın” bu il debüt edəcəyini kimsə gözləmirdi. Yeni Diavel bu modeli həm texniki, həm də vizual cəhətdən tamamilə yeni səviyyəyə qaldırıb. İlk baxışdan motosiklin fantastik görünüşə malik olduğunu görürük. Təkcə buraxılış sistemi nəyə desən dəyər!
İtalyanlar həqiqətən də böyük sıçrayış ediblər və demək olar ki, hər bir detalın üzərində ciddi şəkildə işləyiblər - əvvəlki modeldən keçən yeganə detal pultdur. 2023-cü ilin Ducati Diavel V4 modeli aparıcı 1,2-litrlik V4 mühərriki olan tamamilə yeni şassidə inşa edilib.
Əvvəlki L-Twin Testastretta DVT V2 ilə müqayisədə fərq o qədər də böyük deyil. Diavel modelində quraşdırılmış Granturismo V4 mühərriki 10750 dövr/dəqiqədə 168 at qüvvəsi (əvvəllər 9500 dövr/dəqiqədə 162 at qüvvəsi), 7500 dövr/dəqiqədə isə 126 at qüvvəsi hasil edir ki, bu da əvvəlki 1260 modelində olduğu kimidir.
Bununla belə, motosiklin boş və tam təchizatlı çəkisi əvvəlkindən ciddi şəkildə fərqlənir. Diavel güclü dietaya “oturub” və 13 kiloqram atmağa müvəffəq olub. Burada təəccüblü bir şey yoxdur: birincisi, V4 mühərriki sələfindən 5 kiloqram yüngüldür, Trellis polad çərçivəsi olmayan şassi isə asanlıqla 8 kiloqram çəkiyə qənaət etməyə imkan verib. Nəticədə, baykın boş çəkisi 211 kiloqram təşkil edir.
Elektronikaya gəlincə, burada vəziyyət yeni Streetfighter V4 SP2 modelindəki kimi olmasa da, yenə də yaxşı səviyyədədir. Bununla belə, 2023-cü ilin Ducati Diavel V4 modelində aktiv kruiz-kontrolun olmaması bir qədər təəccübləndirir, çünki bu bayk istehsalçı tərəfindən Power Cruiser kimi səciyyələndirilir. Hətta onun üçün kofrları da sifariş etmək olar.
Yaddan çıxarmaq lazım deyil ki, təqdim olunan baykın bu ən sadə versiyasıdır və məhz buna görə burada ən yüksək səviyyəli asqı deyil, mexaniki tənzimləmələri və monoamortizatorları olan 50 millimetrlik (gedişi 120 millimetr) adsız çəngəl quraşdırılıb.
Yeri gəlmişkən, bu amortizatorlar gedişə 15 millimetr (145 millimetr) əlavə ediblər ki, belə göstərici bu sinifdə olan motosikllər üçün çox əhəmiyyətlidir. Odur ki, top asqı və qabaqcıl elektronika ilə təchiz edilmiş S və digər bahalı versiyaları gözləyirik.
İstənilən halda Ducati Diavel V4 modeli üç güc rejimi və dörd hərəkət rejiminə, künc trəkşn-kontroluna, ABS, lonç-kontrola, kuikşifterə və sairə avadanlığa malik olacaqdır. Bu funksiyaları yeni beşdüymlük TFT-displey vasitəsi ilə idarə etmək olar.
Nəhayət ki, Ducati Diavel modelnə yaraşmayan biabırçı displeydən imtina edib. Mühərrikin gücü asfalta 240/45 ölçülü şinlər vasitəsi ilə ötürülür, əyləcləməni isə, 330-millimetrlik diskləri olan Brembo Stylema supportları təmin edir.
Ducati Diavel V4 modeli Avropadakı satışlarına gələn ilin yanvar ayında start veriləcəkdir. Yeni motosikl 26 390 avrodan başlayan qiymətlərlə satılacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.