Seat Arona yığcam krossoverinin prototipləri sınaqlardan keçirilsə də, ispan istehsalçısı avtomobil haqqında məlumatla bölüşməyə can atmır. Əldə etdiyimiz məlumata görə, yeni krossoverin təqdimat mərasimi sentyabr ayında keçiriləcək Frankfurt avtosalonunda baş tutacaqdır.
Məlum olduğu kimi, yeni yığcam krossover İbiza modeli ilə platformanı və texniki «içalatı» bölüşməlidir. Bu səbəbdən də Motor1.com saytının dizaynerləri gələcək krossoverin dizaynın da Seat İbiza hetçbeki ilə bənzər olacağını ehtimal edirlər. Bu məqsədlə də onlar krossoverin obrazını yaratmaq üçün hetçbekin klirensini artıraraq, onu müdafiə qurşağı ilə təchiz etmişdirlər. Əlavə olaraq, tavanda gümüşü rəngli relinqlər quraşdırılmış və ön bamper dəyişdirilmişdir.
Çox güman ki, yeni krossover elə ilk gündən 150 at qüvvəli 1,5-litrlik turbomühərriklə təklif ediləcəkdir. Bundan əlavə, onun mühərrik çeşidinə 95 və 115 at qüvvəli 1,0-litrlik üç silindrli mühərriklər və 90, 95 və 110 at qüvvəli 1,6-litrlik dizel güc aqreqatları daxil olacaqdır. Transmissiyalar - 6-pilləli mexniki və ya 7-pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu olacaqdır. Çəkiş sisteminə gəldikdə isə, yeni krossoverin öndən çəkişli olacağı şübhə doğurmur.