Audi şirkətinin modellərinin tüninqi ilə məşhurlaşan MTM ateıyesi bir neçə gündən sonra işinə start veriləcək beynəlxalq Cenevrə avtomobil sərgisinə Audi S8 sedanı üçün nəzərdə tutlmuş Talladega R tüninq dəsti ilə qatılacaqdır. MTM mütəxəssisləri İnqolştat flaqmanının bərkgedən variantının zahiri görkəmini maraqlı tərzdə bəzəməklə yanaşı, onun onsuz da zəif imkanlara malik olmayan tubomühərriki üzərində ciddi şəkildə işləmişlər.
MTM S8 Talladega R sedanının 4,0-litrlik iki turboüfürməli V8 mühərrikinin gücü 802 at qüvvəsi və 945 Nm fırlanma anına qədər artırılmışdır. Nəticədə, tam çəkişli sedan 100 km/saat sürətini 3,1 saniyəyə, 200 km/saat həddini 10 saniyədən az vaxta, və nəhayət 300 km/saat sürətini isə 29 saniyəyə toplayır. «Dəlisov» sedanın maksimal sürəti 350 km/saat təşkil edir.
Əlbəttə ki, belə möhtəşəm gücə malik olan sedan üçün çox güclü əyləc sisteminin olması vacibdir. Atelye mütəxəsssisləri MTM S8 Talladega R sedanını tam ölçülü karbon-saxsı əyləc mexanizmləri ilə təchiz etmişdirlər.Bundan əlavə, sedan 265/30 ZR22 ölçülü Michelin Pilot Super Sport şinləri geyindirilmiş 22-düymlük Bimoto təkər diskləri əldə etmişdir.
Bunndab başqa, görülən işlərin siyahısına avtomobilin dinamik xarakteristikalarını və stabilliyini artıran kuzovun aerodinamik parça dəsti, həmçinin, sedanın interyerinin yüksək kefiyyətli tərtibatı da daxildir.
Vetştettendə yerləşən atelye MTM S8 Talladega R üçün, görülən işlərin növündən və həcmindən aslı olaraq 200 000 avrodan başlayan qiymətlər təklif edir.
Keçmiş dünya çempionu və məşhur ralli pilotu Valter Rörl S8 Talladage R haqqında bu sözləri demişdir: «Avtomobilin idarəediməsi və sürətlənməsi fantastikdir. Mühərrikin fırlanma anının təkərlərə ötürülməsi rəvanlığı və möhtəşəmliyi ilə seçilir».