Fitnes son illərdə çox populyar olub. Sağlam həyat tərzi və yaxşı formada olmaq arzusu daha çox insanları cəlb edir. Bu həm də daha cazibədar görünmək imkanı verir. İdman zallarının sayı sürətlə artır, amma bəzən oraya getməyə yetərli vaxt tapmaq mümkün deyil.
Əgər idman zalına getməyə vaxtınız yoxdursa, onda fitneslə evdən çıxmadan məşğul ola bilərsiniz. Bunun üçün yalnız istək və Xioami-dən Move It Fitness dəsti lazımıdır. Maraqlandınız isə, davamını oxuyun.
Son illərdə çox sürətlə inkşaf edən, dünya liderlərinin sırasına öz adını yazdıran Xiaomi şirkətinin Move It Fitness dəstinin sınaqlarını sağlam həyat tərzi və fitnes məşqlərini təbliğ edən bloqer Vüsalə Kazımova (@vicstagram21) ilə həyata keçirdik. 2 həftə idman zalında məşqçisi ilə birlikdə istifadə etdi.
“Bu dəsti idman zalına getmək üçün vaxtı olmayanlar üçün çox dəyərli qadcetdir. Onunla gündəlik məşğul olaraq, fitnes məşqlərini əvəz etmək olar. Proqram təminatı və tətbiq isə əla çalışır. Move It Fitness dəsti universal fitnes trenajorudur. Onunla fitneslə məşğul olmaq zövq verir. Dəst yığcam ölçüləri, maraqlı dizaynı, çox funksiyalılığı və əlçatan qiyməti ilə diqqət çəkir. Onu hətta özünlə birlikdə səyahətə də götürmək mümkündür. Çox razı qaldım.” - Vüsalə öz fikri ilə bölüşdü.
Çinin MiJia (Xiaomi şirkəti) və Move It şirkətləri sifarişi ilə hazırlanmış bu dəstin yaradıcıları BMW Design Studio və məhşur atlet Corc Huddur (George Hood). Onların birgə səyləri nəticəsində yaradılan yeni əsrin kompakt trenajoru maksimal effekt verə biləcək və hər kəs üçün uyğun gələ bilən qadcetdir.
Dəstin əsası isə, xüsusi materiallardan hazırlanmış karkasdır. Bütün dəst bu karkasın üzərinə asılır. Toplanmış vəziyyətdə dəstin çəkisi cəmi 3.5 kq, ölçüsü isə, 40х38х21 sm-dir.
Qadcet qırmızı-qara rənglərdədir və 4 müxtəlif moduldan ibarətdir. Bu modullar döşəmədən sıxma, press üçün roliklər, müxtəlif məşqlər üçün rezin-espander və atlamaq üçün ipdən ibarətdir.
Dəstin maraqlı hissəsi sensorlarla təchiz olunmuş universal qollardır. Bu qollar hər bir modula qoşula bilir və bütün hərəkətlər haqqında məlumatı smartfona ötürür. Bu qollarda 7 sensor yerləşdirilib. Bunlar 6-oxlu giroskop, akselerometr, toxunma sensoru, təzyiq vericisi, gərginlik vericisi, məsafənin ölçülməsi üçün infraqırmızı sensor və radiomoduldur. Məlumat smartfona Bluetooth vasitəsi ilə ötürülür. Buna görə də, Android və iOS sistemləri üçün nəzərdə tutulmuş Move It tətbiqini Google Play və App Store-dan yükləmək lazımdır.
Bütün bu sensorlarla trenajor 41 növ hərəkəti tanıyır və onların intensivliyinə nəzarət edir. Smartfondakı tətbiq əldə olunan məlumatları analiz edərək, məşqlərin nəticəsini göstərir. Tətbiq, həmçinin müxtəlif məşqlərin proqramını “videoməşqçi” şəkilində tərtib edir. Videoməşqləri TV panelə ötürmək də mümkündür.
Bu dəst ilə evdə məşğul olaraq, onun rahatlığını hiss etdim. İdman zalına getmədiyim günlərdə dəsti evdə tam şəkildə sınaqdan keçirdim.
Mən Move It Fitness dəstindən 1 ay ərzində idman zalındakı məşqlər arası istifadə etdim. Yetərli qədər kompakt, yaxşı dizayn və funksionallığı ilə çox əlverişli alış hesab edirəm.
Move It Fitness dəsti vasitəsilə idman zalına getmədən bədəninizi tonusda saxlamaq üçün fitnes məşqləri edə bilərsiniz. Dəstin qiyməti 500 manat təşkil edir. Onu MiHome.az vebsaytında və mağazalarında əldə edə bilərsiniz.