Honda şirkətinə məxsus Mugen tüninq-atelyesi, yanvar ayında keçiriləcək Tokyo avtomobil sərgisinə, istehsalçının model çərgəsində olan dörd avtomobil üçün xüsusi işləmələr dəsti ilə qatılacağını bildirmişdir. Bunlardan birinicisi və ən maraqlısı 310 at qüvvəli mühərriki olan Honda Civic Type R «qaynar» hetçbekidir. Avtomobil, tərkibinə radiator barmaqlığının yeni toru, yeni kapot, arxa antiqanad, ön idman oturacaqları və yeni yüngül lehimli disklər də daxil olan tüninq dəsti ilə təchiz edilir.
Digər bir avtomobil isə, Yaponiyada Vezel adı ilə satılan krossoverdir ki, bu model də ABŞ və Avropa bazarında HR-V adı ilə tanınmaqdadır. Honda Vezel'in tüninq dəstinə kuzovun idman işləmələri, yenilənmiş radiator barmaqlığı və xüsusi Crystal Red Metallic adlanan qırmızı rəng daxildir.
Üçüncü avtomobil isə, Step WGN Spada adlanan minivendir. Miniven tam yeni ön bamper və radiator barmaqlığı, idman buraxılış sistemi və 18-düymlük alüminium təkər diskləri təchiz edilə bilər. Bundan başqa, yapon tüninq ustaları Honda S660 rodsterinin iki variantını avtomobil sərgisində nümayiş etdirmək fikrindədirlər.
Birinci rodster yeni radiator toru, yüngül lehimli disklər və qırmızı rəngli idman oturacaqları ilə seçiləcəkdir. İkinci variant isə, əlavə olaraq, ön bamper, yan ətəklət və arxa spoyler daxil olan daha aqressiv kuzov işləmələri əldə edəcəkdir.