Bentley şirkətinin Mulliner Collections bölməsi atçılıq idmanına həsr etdiyi eksklüziv Continental GT Convertible modelini təqdim edib. Equestrain Edition adlandırılmış interyer Britaniya aristokratlarının məşhur hobbilərindən birini - at yarışlarını və at polosunu vəsf edir. Unikal kabriolet adi GTC modellərindən salon tərtibatı və kuzov rəngi ilə fərqlənir.

Yeganə nüsxədə buraxılmış Bentley Continental GTС Equestrain Edition modelini  şam ağacı çalarında olan yaşıl kuzov boyası, Blackline paketinə bənzər olan tünd xrom elementləri, həmçinin 22 düymlük parlaq təkər diskləri sayəsində tanımaq olar.

Avtomobilin salonunda eksklüziv detallar daha çoxdur: oturacaq başlıqlarında atlı siluetinin naxışları var, qapı kartları almaz tikişili tvid ilə örtülüb, ön panel və mərkəzi konsolun tərtibatında Burr Wainut ağac şponu istifadə olunur. İnteryer qəhvəyi-yaşıl rəngli sxemdə tərtib edilibdir, ön panel və mərkəzi tunelin yan tərəfləri isə dəri ilə işlənibdir.

Equestrain Edition Bentley Continental GTC modelinin 635 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki ilə təchiz edilmiş üst versiyasına əsaslanır. Kabriolet gecə görmə sistemi, adaptiv kruiz-kontrol, zolağa nəzarət sistemi, dairəvi görüntü kameraları, yol nişanlarının tanınması və piyada infraqırmızı şüalarla aşkarlanması funksiyaları da daxil olmaqla Bentley elektron köməkçilərinin tam dəsti ilə təchiz edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bentley şirkəti unikal kabrioletin qiymətini açıqlamayıb. Mulliner tərəfidnən hazırlanmış xüsusi Continental GTC modelinin sükan çarxının sağ tərəfdə oluması onun ingilis at həvəskarlarına ünvanlandığından xəbər verir.