Böyük Britaniyanın dəbdəbəli avtomobillər istehsalçısı olan Bentley şirkəti unikal Bentayga modeli üzərindən sirr pərdəsini götürüb. Mulliner atelyesinin mütəxəssisləri tərəfindən hazırlanmış və yeganə nüsxədə buraxılmış avtomobilin hazırlanması zamanı atçılıq idmanından ilham alınibdir.
Eksklyuziv krossoverin kütləvi təqdimat mərasimi gələn həftə işinə başlayacaq 88-ci beynəlxalq Cenevrə avtomobil sərgisində keçiriləcəkdir. Britaniya istehsalçısının mətbuat xidməti unikal avtomobilin Bentley Bentayga Inspired by The Festival adlandırıldığını bəyan edib. Avtomobil Bentley şirkətinin The Jockey Club cəmiyyətinin uzunmüddətli əməkdaşlığına həsr edilib.
Şübhəsiz ki, təqdim edilən ofroderin əsas xüsusiyyətlərindən biri onun kuzov rəngidir. Bu çalar British Racing Green adlanır. Bundan başqa, avtomobil 21-düymlük unikal təkər diksləri dəstinə sahib olub.
Bentley Bentayga Inspired by The Festival modelinin salonunda çoxlu sayda eksklyuziv həll yollarına rast gəlmək olar. Təkcə yaşıl və açıq-qəhvəyi rəng çalarına malik olan dərini misal gətirmək kifayətdir. Bundan başqa, interyerin tərtibatında əsil şpondan hazırlanmış və üzərində at ilə jokeyin emblemi olan unikal dekor elementlərini də göstərmək olar.
The Jockey Club nümayəndələri The Cheltenham Festival tədbirinin dünyanın ən yaxşı cıdır yarışı kimi tanındığını və belə bir tədbirdə eksklyuziv avtomobilin təqdimatının tamamilə düzgün ideya olduğunu bildiriblər.