Bu gün Bentley şirkəti Mulliner bölməsinin ikinci eksklüziv modelinin adını və təqdimat tarixini açıqlayıb. 21 avqust tarixində Monterey Car Week tədbiri çərçivəsində təqdim ediləcək eksklüziv avtomobil Bentley Mulliner Batur adlanır. Bu, Mulliner Bacalar barkettasından sonra bölmənin Coachbuilt proqramı çərçivəsində hazırladığı növbəti layihədir.
Britaniya istehsalçısının bildirdiyinə görə, Mulliner Batur modeli Bentley markasının gələcək batareyalı modellərinin dizayn üslubunu nümayiş etdirəcəkdir. Bacalar kimi, Batur da gözəl təbii su hövzəsinin adını daşıyır. Bu, İndoneziyanın Bali adasındakı Kintamani bölgəsində Batur vulkanın ətəyində milyon illər öncə meydana gəlmiş gölüdür. Xatırladaq ki, Bacalar modeli Meksikanın Yukatan yarımaasındakı gölün şərəfinə adlandırılıb.
Bununla belə, Britaniya istehsalçısı yeni layihə haqqında təfərrüatları açıqlamayıb. Şayiələrə görə, Mulliner bölməsinin ikinci eksklüziv modeli Bentayga krossoverinin bazasında yaradılmış kabriolet olmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.