Bir müddət bundan əvvəl Bentley şirkəti öz əməkdaşları və onların ailə üzvləri arasında Mulliner Bacalar modelinin ən yaxşı rənglənməsi üzrə müsabiqə elan edib. İşlərə şəxsəm markanın baş dizayneri Ştefan Zilaf qiymət verib.
Müsabiqənin qalibi Eleonora adlı qadının təqdim etdiyi layihə olub. Eleonora Mulliner Bacalar modelini göy qurşağının rənglərinə boyamağı təklif edib. Bunun üçün o, Bentley kataloqunda olan yeddi çalardan istifadə edib. Bu çalarlar qırmızı Dragon Red II, narıncı Orange Flame, sarı Yellow Flame, yaşıl Apple Green, mavi Jetstream II, gö Sequin Blue və bənövşəyi Azure Purple rəngləridir.
Qeyd etmək lazımdır ki, bu rənglərdən hər biri unikaldır və öz tarixçəsinə malikdir. Belə ki, Yellow Flame (Sarı Alov) rəngini, Bacalar modeli üçün xüsusi olaraq, düyü qabığının külündən istifadə edərək yaradıblar.
Bentley şirkəti göy qurşağı livreyasını ehtiyatlı nikbinliyinin simvolu adlandırır: COVID-19 pandemiyası davam edir, lakin Kryudə istehsal tədricən bərpa olunur. Eyni zamanda, heç kim bu layihəni reallığa çevirmək niyyətində deyil: Bacalar modelinin tirajı 12 nüsxə ilə məhdudlaşır. Qiyməti 1,5 milyon funt-sterlinqdən başlayan avtomobilin bütün tirajı çoxdan satılıb.