Bentley Mulliner atelyesi Continental GT kupesi və Continental GT Convertible kabrioleti üçün nəzərdə tutulmuş Mulliner Blackline staylinq dəstini təqdim edib. Dəstin tərkibinə qara rəngli Wigned B heykəlciyi, radiator barmaqlığının eyni rəngli haşiyəsi və yan güzgülərin qara parlaq Beluga rəngli gövdələri, 22-düymlük təkər diskləri və Mulliner modelləri üçün ənənəvi olan interyerin Daimond in Daimond ikiqat tikişi ilə tərtibatı daxildir.

Mulliner Blackline paketinin sifarişi zamanı xromdan hazırlanmış bütün xarici dekor elementləri qara rəngə boyanır. Bundan başqa, Wigned B heykəlciyi, radiator barmaqlığını çərçivəsi, yan güzgülərin gövdələri və ön qanaddakı havalandırma barmaqlıqları da tündəşdirilir. Təkər topunun özütənzimlənən qapağı olan 22-düymlük qara təkər diskləri hələlik yeganə təklif edilən variantdır. Sonradan daxili hissəsi cilalanmış disklər də peyda olmalıdırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kipe və kabriloletin interyeri adi Continental GT Mulliner modellərindəki kimidir. Salonun seçilən cəhəti oturacaq və qapılardakı “həcmli” ikiqat Daimond in Daimond tikişləri, mərkəzi konsoldakı “dalğalı” əlavə və tutqun xromdan haşiyəsi olan Breitling saatıdır. İnteryer tərtibatı üçün səkkiz rəng kombinasiyası təklif olunur. 18 dinamiki, aşağı tezliklərin iki aktiv çeviricisi və 2200 vatt gücündə 20-kanallı səs gücləndirisi olan Naim səs sistemi və var.

Əvvəlki kimi, Bentley Continental GT Mulliner modeli hər iki mühərrik ilə təklif edilir – bunlar 550 at qüvvəsi və 770 Nm hasil edən 4,0-litrlik V8, habelə 635 at qüvvəsi və 900 Nm fırlanma anına malik olan 6,0-litrlik W12 mühərrikləridir. Güc aqreqatları 8-pilləli “robot” və tam ötürmə sistemi ilə birlikdə çalışırlar. Şirkətdən sifariş edilən avtomobillərin 40 faizinin Blackline paketi ilə təchiz edildiyini bildiriblər. Mulliner Blackline paketinin fərdiləşdirmə proqramını daha da müxtəlifləşdirəcəyinə ümid edirlər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.