Keçən il Mulliner bölməsi qeyri-adi Bentley avtomobillərinin inşa edilməsini ənənəsini canlandırıb. Bölmənin ilk xüsusi layihəsi Continental GTC modelinin aqreqatlarında inşa edilmiş Bentley Mulliner Bacalar Roadster modeli olub. Avtomobilin 12 nüsxədən ibarət olan bütün tirajı, onun ilk əmtəə nüsxəsinin inşası başa çatana qədər tamamilə satılıb. Buna görə də, Mulliner bölməsinin tezliklə yeni layihəni təqdim edəcəyi gözlənilir: Britaniyanın “Autocar” nəşrinin bildirdiyinə görə, Mulliner bölməsinin ikinci modeli kupe olacaqdır.

Yeni layihə Continental GT Speed modelinə əsaslansa da, bu avtomobil Bacalar modelinin sadəcə bağlı variantı olmayacaqdır: yeni avtomobil özünəməxsus dizaynı ilə seçiləcəkdir. Lakin bu dəfə avtomobilin tirajı 25 nüsxədən ibarət olacaqdır. Xüsusi kupelərin hər birinin gözlənilən qiyməti 1,5 – 2,0 milyon funt sterlinq arasında dəyişəcəkdir. Yeni kupe 2022-ci ildə təqdim edilsə də, əmtəə avtomobillərinin 2023-cü ildə işıq üzü görəcəkləri bildirilir.

Bentley Mulliner Bacalar Roadster

Adı açıqlanmayan kupe W12 mühərriki ilə təchiz edilmiş sonuncu Bentley modeli olacaqdır. Hazırda 635-659 at qüvvəsinə malik olan 6,0-litrlik W12 biturbo mühərriki Continental, Flying Spur və Bentayga modellərinin top versiyalarında quraşdırılır, lakin onların sayılı günləri qalıb.

Keçən il Bentley şirkəti özünün model xəttinin elektrikləşdirməsi strategiyasını təqdim edib. Yeni strategiyaya əsasən ilk seriya elektromobili 2025-ci ildə debüt etməlidir, 2026-cı ildə isə model cərgəsi tamamilə təkrar doldurulan hibridlərdən və elektrokarlardan ibarət olmalıdır. Məlum məsələdir ki, W12 mühərriki bu strategiyaya uyğun gəlmir, buna görə də, onun istehsalı 2023-cü ildə dayandırılmalıdır. Yeri gəlmişkən, Audi və Volkswagen markaları 12-silindrli mühərriklərdən çoxdan imtina ediblər.

Bentley Mulliner Bacalar Roadster

Hazırda Bentley markasının model xəttində yalnız iki hibrid avtomobili var: Bentley Flying Spur Hybrid sedanı və Bentley Bentayga Hybrid krossoveri. Gələcəkdə bu modellərin V8 mühərriki ilə təchiz edilmiş modifikasiyalarının da elektrikləşməsi gözlənilir. Buna baxmayaraq, Bentley 2030-cu ilə qədər tamamilə elektromobillərə keçməyi planlaşdırır. Yeni elektrokarlar Audi şirkətinin Volkswagen konserninin ən böyük və ən bahalı elektrokarları üçün hazırladığı Artemis platformasına əsaslanacaqdırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.