Bentley “qızıl” interyerə malik olan Continental GTC kabrioletini buraxıb. Unikal avtomobil Mulliner studiyasında Boodles şirkətinin zərgərləri ilə birlikdə hazırlanıb. Salonun tərtibatında brilyantlar, ağ qızıl və bir çox digər premium materiallardan istifadə edilib. Bununla belə, kabriolet heç bir texniki dəyişikliyə məruz qalmayıb. Britaniya brendi tezliklə dəbdəbəli avtomobili satışa çıxaracaq.

Tünerlər kabrioletin kuzovunu avtomobilin eni boyu uzanan nazik çəhrayı zolaqla tamamlanan boz Tungsten çalarlarına boyayıblar. Continental GTC modelinin salonu qum və solğun boz çalarlarda olan əsl dəri ilə üzlənib. İnteryer təxminən 200 milyon il yaşı olan daş şponundan ultra nazik zolaqlar ilə tamamlanıb. Bu materialı kəsmək üçün lazerdən istifadə edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Atelye mütəxəssisləri 278 mindən çox tikişdən ibarət olan atelye loqotipini əl ilə tikmək üçün altı saat sərf ediblər. Bundan əlavə, interyeri bəzəmək üçün, mütəxəssislər havalandırma sisteminin deflektorunun tənzimləmə düymələrində 24 karatlıq ağ qızıldan, habelə mərkəzi tuneldəki brilyantlardan ibarət kompozisiyadan istifadə ediblər.

“Qızıl” Continental GTC kabrioleti 659 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki və səkkiz pilləli iki muftalı «robot» ilə təchiz edilib Kabriolet 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir. Onun maksimal sürəti 335 km/saatdır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.