Hindistanın Mumbay şəhərinin polisi yol kəsişmələrində səs siqnalı verən sürücüləri bu vərdişi tərgitməsi üçün qeyri-adi üsula ət atıblar. Yol kəsişmələrinin bir neçəsində səs sensorları olan işıqforlar quraşdırılıb: əgər sensorlar səs səviyyənin qəbul edilmişdən yüksək olduğunu aşkarlayarlarsa, yaşıl siqnalı gözləmə müddəti artır.
Sistem aşağıdakı kimi işləyir: sensor 85 desibeldən çox səs-küy səviyyəsini aşkar edərsə, yaşıl siqnala qədər vaxtı sayan taymer yenidən işə salınır. Sürücülər, öz növbəsində, mənasız «düdüldəməyə» görə vaxt itirməklə cəzalandırılırlar. Kəsişməyə yaxınlaşdıqda burada quraşdırılmış tabloda «Daha çox siqnal verirsən - daha çox dayanırsan» xəbərdarlığı göstərilir.
Artıq bu sınaq bir neçə aydır ki davam edir və belə işıqforlar «cəzalandıran» adı alıblar. Sistem özünü təsirli olduğunu sübuta yetirib və indi yerli hakimiyyət orqanları onun tətbiqini genişləndirmək niyyətindədirlər. Yaxın gələcəkdə daha on qovşaqda "cəzalandıran" işıqforlar quraşdırılacaqdır. Daha sonra isə səs-küy sensorlarının şəhərin digər yerlərində quraşdırılmağa başlanacaqdır.
Mumbay dünyanın böyük hərəkər sıxlığı olan beş şəhərindən biridir - o, sıralamada dördüncü yeri tutur. Ən pis yol şəraiti yalnız Banqalor (Hindistan), Manila (Filippin) və Boqota (Kolumbiya) şəhərlərindədir. Üstəlik, Banqalor şəhərinin hakimiyyəti Mumbayın nou-hausundan istifadə etmək niyyətindədir.