Aston Martin şirkəti ilk Vulcan superkarını avqust ayında Montereydə keçiriləcək hərraca çıxarmaq niyyətində olduğunu bəyan etmişdir. Bildiyimiz kimi, nadir superkar 24 nüsxəlik məhdud saylı tirajla istehsal edilmişdir. Söylənənlərə görə, artıq bütün avtomobillər öz sahiblərini tapmışdırlar.

Açığını desək,  məhdud sayda buraxılan və marka pərəstişkarları arasında böyük tələbata malik olan superkarın  nədən hərraca çıxarıldığı bizə də qaranlıq qalır. Bildiyimiz kimi, Aston Martin şirkəti Vulcan modelini keçən ilin mart ayında keçirilmiş beynəlxalq Cenevrə avtomobil sərgisində nümayiş etdirmişdir.

Superkar avtomobil sənayesinin klassik ənənələrinə (öndə yerləşmiş mühərrik və arxadan çəkişli ötürmə)  uyğun hazırlanmışdır. Aston Martin Vulcan  karbondan hazırlanmış monokokla və gücü 820 at qüvvəsi olan 7,0-litrlik V12 mühərriki ilə təchiz edilmişdir. Güc aqreqaı altı pilləli Xtrac sekvental sürətlər qutusu ilə birlikdə çalışır.

Aston Martin Vulcan modeli tənzimlənən amortizatorları və köndələn sabitlik stabilizatorları olan asqı sistemi, arxa oxda olan yüksək sürtünməli differensialla, karbon-saxsıdan hazırlanmış Brembo əyləc mexanizmləri, AP Racing pedal qovşağı, Recaro yarış oturacaqları  və Cosworth firması tərəfindən hazırlanmış idarəetmə elektronikası ilə təchiz edilmişdir.

Aston Martin şirkəti Vulcan superkarının sahibləri üçün xüsusi yarış kursları təsis etmişdir. Bundan başqa, hər bir avtomobil sahibi şəxsi mexanik və instruktorla təmin edilmişdirlər.   Hazırda hərraca çıxarılacaq avtomobil istehsal edilmiş avtomobillərdən on birincisidir. Vulcan superkarının kuzovu cəlbedici Purplay Blue  rənginə boyanmışdır. 

Satılacaq avtomobilin başlanğıc qiyməti hələlik səsləndirilməmişdir. Təsdiq edilməmiş məlumata görə, superkarın istehsalçı tərəfindən təyin edilmiş satış qiyməti iki milyon dolların üzərindədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt