Ferrari 166 MM/212 Export Uovo adlı nadir sportkar 1950-ci ildə italyan yarışçısı Cannino Marzottonun sifarişi ilə hazırlanmışdır. O zaman, toxuculuq maqnatının varisi olan Cannino Ferrarinin təklif etdiyi avtomobildən razı qalmadığına görə Carrozzeria Fontana kuzov atelyesinə müraciət etmişdir.

Bunun nəticəsi olaraq düralümindən hazırlanmış yumurtaşəkilli kuzov Ferrari 166 MM modelinin şassisində quraşdırılmışdır. Avtomobilin «döyünən ürəyi» isə, digər bir Ferrari modelindən - 212 Export sportkarından alınmış 6,2-litrlik V12 mühərriki ilə təchiz edilmişdir. Avtomobil 1951-ci ildə məşhur Mille Miglia dözümlülük yarışlarında iştirak etsə də, texniki problem ucbatından yarışdan çıxmalı olmuşdur. Bununla belə, bir neçə aydan sonra avtomobil Coppa della Toscana yarışında qələbəyə namizəd olmuşdur.

Avtomobilin hazırki sahibi onu 1986-cı ildə əldə etmişdir. Bu günlərdə o, avtomobillə vidalaşmaq qərarına gəlmişdir. AVtomobil 20 il ərzində geniş kütlə qarşısında çıxış etməmişdir (Enzo Ferrari müzeyində bir dəfə nümayiş etdirilməsi istisnadır). Ferrari 166 MM/212 Export Uovo modelini,18 avqust tarixində Parisdə baş tutacaq «Retromobile» tədbiri çərçivəsində keçiriləcək RM Sotheby’s hərracında satacaqlar. Hərrac evi bu avtomobilin dəyərini 5,5 milyon dollar olduğunu iddia edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt