RM Auction və Sothbey's hərrac evlərində maraqlı bir lot satışa çıxarılacaqdır. Bu, 1989-cu ildə AMG firması tərəfindən buraxılmış nadir Mercedes-Benz 560 SEC avtomobilidir. Xatırladaq ki, o zamanlar AMG atelyesi Mercedes-Benz şirkətinin tərkib hissəsi deyildir və sərbəst olaraq Ştutqartdan olan avtomobilləri tüninq edirdi. Mercedes-Benz 560 SEC 6.0 AMG kapotunun altında 5.6-litrlik orijinal mühərrikin, təkmilləşdirmədən sonra, iş həcminin 6.0 litrə qədər artlrılmış variantı yerləşmişdir. İşlənmiş mühərrikin gücü 385 at qüvvəsidir. Beş pilləli avtomatik sürətlər qutusu ilə birlikdə bu mühərrik avtomobili 100 km/s sürətinə 6.0 saniyəyə sürətləndirir.
Affalterbaxdan olan mütəxəssislər avtomobili Wide Body adlı kozov dəsti ilə təchiz etmişlər. Vaxtı ilə AMG atelyesi 100 ədəd avtomobil hazırlamalı idi. Lakin, ekspertlərin bildirdiyinə görə, atelye cəmi 50 ədəd 560 SEC 6.0 AMG avtomobili buraxa bilmişdir. Bu avtomobillərdən altısı Yaponiyadan olan müştərilər tərəfindən almışdır. Hazırda hərraca çıxardılan avtomobil, Amerika Birləşmiş Ştatlarına gətirilməzdən əvvəl, adı çəkilməyən yapon kolleksiyaçısına məxsus olmuşdur. Avtomobilin yürüşü 90 min kilometr təşkil edir.
Hələlik avtomobilin başlanğıc qiyməti elan edilməmişdir. Doxsanıncı illərin əvvələrində Mercedes-Benz 560 SEC 6.0 AMG avtomobilinin qiyməti 200 min dollar təşkil edirdi.