Acura şirkəti Detroyt avtomobil sərgisində yeni Precision adlı prototipi nümayiş etdirmişdir. Konsept avtomobili hətçbek kuzovuna malikdir və «gələcək avtomobillərin üslubu haqqında təssəvvür yaradır». Prototipin qabarit uzunlugu 5182 millimetr, eni - 2134 millimetr, hündürlüyü isə 1320 millimetr təşkil edir. Təkər bazasının uzunluğu 3099 millimetrdir. Beləliklə hetçbek, uzunbazalı BMW 7-Series avtomobilindən bir neçə santimetr qısa, onun eni ilə hündürlüyü isə müvafiq olaraq Chevrolet Tahoe və Nissan 370Z avtomobilləri ilə demək olar ki eynidir.
Prototip markanın Kaliforniyadakı dizayn-studiyasında hazırlanmışdır. Acura Precision işıq diodları texnologiyası əsasında hazırlanmış ön və arxa fənərlərlə, Michelin Pilot Super Sport şinləri taxılmış 22-düymlük təkər disklərii və «Diamond Pentagon» adlandırılan radiator barmaqlığı ilə təchiz edilmişdir.
Avtomobilin salonunda yarış oturacaqları, sürətləri dəyişən sükanaltı dəstəkləri olan idman üslubunda sükan çarxı və proyeksiya displeyi quraşdırılmışdır. Səs sisteminin dinamikləri «ekzotik» ağacdan hazırlanan və əl işi olan qoruyucu örtüklər ilə təchiz edilir.
Sonunda, prototip «sürücü və sərnişinləri tanıyaraq naviqatorun, audiosistemin, avtomobilin dinamik xüsusiyyətlərinin fərdi ayarlarını avtomatik olaraq yükləyən» xüsusi sistemlə təchiz edilmişdir.
Acura Precision protopindən başqa, Honda şirkəti Ridgeline pikapının ikinci nəslini də Detroytda nümayiş etdirmişdir. Pikap 540 vattlıq səs sisteminin yük bölümünün divarlarına quraşdırılmış dinamikləri ilə təchiz edilmişdir.
Pikap 3,5-litlik altı silindirli benzin mühərriki və altı pilləli avtomatik sürətlər qutusu ilə komplektləşdirilir.