Audi şirkəti Detroyt avtomobil sərgisində A4 ailəsinin yeni üzvünü - A4 Allroad modelini təqdim etmişdir. Yeni avtomobil sələfi kimi quattro tam ötürməli çəkiş sistemi və kuzovun müdafiəsi üçün nəzərdə tutulmuş plastik dəstlə təchiz edilmişdir. Yeni Audi A4 Alrroad adi A4 Avant modelindən vertikal bölümləri olan xrom radiator barmaqlığı, ön və arxa bamperlərdə quraşdırılmış alüminium örtmələrlə seçilir. Bundan əlavə, avtomobil yan tərəflərdə quraşdırılmış alüminium moldiqlərlə təchiz edilir.

Yeni avtomobilin klirensi adi avtomobillərə nisbətən 23 millimetr artırılmışdır. İri düymlü disklərlə təchiz edilmiş avtomobildə klirensin 34 millimetrə qədər artırılması mümkündür.

Bununla belə, alman şirkəti klirensin ölçüsü barədə məlumat verməmişdir. Xatırladaq ki, Audi A4 Allroad modelinin birinci nəslinin klirensi 180 millimetr təşkil edirdi.

Yeni Allroad modelinin baqaj bölümünün həcmi 505 litr təşkil edir. İkinci cərgənin qatlanmış vəziyyətində baqaj bölümünün həcmini 1510 litrə qədər artırmaq olur. Avtomobilin baqaj qapağı standart olaraq elektrik ötürücüsü olan mexanizm ilə təchiz edilir.

Avtomobilin konstruksiyasında yeni materialların tətbiq edilməsi sayəsində onun çəkisini azaltmaq mümkün olmuşdur. Lakin, istehsalçı bu rəqəmi də açıqlamamışdır.

A4 modelinin sedan və universal variantı sələfləri ilə müqayisədə 100 kiloqram «arıqlamışlar». Bundan əlavə, modelin şassisində də yeniliklər vardır - arxa dörd qollu asqı beş qollu ilə əvəzlənmiş, öndəki beş qollu asqı ilə yenidən işlənmişdir.

Allroad  modelinin mühərriklər çeşidi A4 sedan və universalı ilə eynidir. Avtomobil gücü 150 - 272 at qüvvəsi arasında olan beş benzin və dizel mühərrikləri ilə təchiz edilir. Güc aqreratları altı pilləli mexaniki sürətlər qutusu, 7 diapazonlu S-Tronic «robotu» və 8 pilləli Tiptronic «avtomatı» ilə birləşdirilir.

Allroad modelinin interyeri adi A4 modelləri ilə eynidir. Model tam yeni ön panel ilə təchiz olunur. Əlavə opsiya olaraq virtual cihazlar panelini də sifariş etmək olar. Bundan başqa, modelin avadanlıq siyahısına MMİ sistemi vasitəsi ilə tənzimlənən adaptiv asqı sistemi də daxildir. Xüsusi olaraq Allroad modeli üçün, bu sisteminin beş rejiminə (comfort, auto, dynamic, efficiency və individual), transmissiyanın və akselerator pedalının işləmə alqoritmini dəyişə bilən offroad rejimi də əlavə edilmişdir.

Audi A4 Allroad modelinin satışına yayda start veriləcəkdir. Almaniyada avtomobilin qiyməti 44700 avrodan başlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt