Detroyt avtomobil sərgisində Audi şirkəti h-tron quattro adlı konsept avtomobilini nümayiş etdirmişdir. Konsept adından göründüyü kimi hidrogenlə çalışan güc aqreqatı ilə təchiz edilir. Avtomobilin qabarit uzunluğu 4,88 metr, eni - 1,93 metr, hündürlüyü isə - 1,53 metrdir. H-tron quattro konseptinin aerodunamik müqavimət əmsalı 0,27 bərabərdir. Konseptin aerodinamik göstəricilərini yaxşılaşdırmaq məqsədi ilə yan güzgülər arxa görüntü kameraları ilə əvəzlənmişdir.
Prototip, 150 at qüvvəsi gücü olan və 330 fərdi hücrələrindən ibarət yanacaq elementlərindən qidalanan tamamilə yeni güc aqreqatı ilə təchiz edilmişdir.
Sərnişin bölümünün altında yerləşən 60 kiloqramlıq litium-ion batareyaları, qısa müddət ərzində (qəfil sürətlənmə zamanı) aqreqatın gücünü 136 at qüvvəsi artırmaq imkanı verir.
Konsept ön və arxa oxlarda yerləşən iki elektrik mühərriki sayəsində hərəkətə gəlir. Mühərriklərin gücü müvafiq olaraq 122 və 190 at qüvvəsi təşkil edir. Prototip 0-dan 100 km/saat həqqini yeddi saniyədən az vaxta toplayır və onun maksimal sürəti 200 km/saat təşkil edir.
Üç yanacaq çənlərində 700 bar təzyiqlə saxlanan hidrogen ehtiyatı 600 kilometr yol qət etməyə imkan verir. Bundan başqa, enerji ehtiyatını avtomobilin salonunda yerləşdirilmiş istilik nasosu və daminda quraşdırılmış böyük günəş batareyası təmin edir. İl ərzində onlar 320 vatt enerji istehsal edirlər ki, bu da əlavə min kilometr məsafə deməkdir.
Audi h-tron quattro konsepti, 2017-ci ildə A8 flaqman modelinin yeni nəslində quraşdırılacaq avtonom idarəetmə sistemi ilə təchiz edilmişdir. Belə ki, prototip. 60 km/saat sürətilə magistrallarda sərbəst şəkildə hərəkət və manevrlər etmək imkanına malikdir. Bundan başqa, avtomobil sürücünün iştirakı olmadan park etməyi də bacarır.
Avtomobilin interyeri Frankfurtda təqdim edilmiş e-tron quattro konsepti ilə eynidir. Konsept OLED texnologiyası istifadə edilməklə hazırlanmış üç displey və sensor səthi olan sükanla təchiz edilmişdir. Avtomobilin sistemlərini əl jestləri ilə də idarə etmək mümkündür.
Deyilənlərə görə, h-tron quattro konsepti 2020-ci ildə işıq üzü görəcək hidrogenlə çalışan Audi krossoverinin carçısıdır.