Chrysler şirkəti Detroyt avtomobil sərgisində Town&Country minivenini əvəz edəcək Pacifica modelini təqdim etmişdir. Bu ad əlbəttə ki Chrysler markasının həvəskarlarına tanışdır. Amerikan şirkəti 2003-2007-ci illər arasında eyni adlı miniveni istehsal etmişdir. Yeni avtomobil keçən təqdim edilmiş Chrysler 200 avtomobilinin dizayn üslubunda hazırlanmışdır. Avtomobilin quruluşunda yüngülləşdirilmiş materiallardan geniş istifadə edilmişdir ki, bu sayədə də yeni avtomobil sələfindən 136 kiloqram az çəkiyə malikdir.
Yeni minivenin çəkisi 1964 kiloqram, iç məkanının həcmi 5663 litr, oturacaqların ikinci və üçüncü cərgəsinin qatlanması halında isə baqaj bölümünün həcmi 3978 litr təşkil edir. Avtomobil 287 at qüvvəsi olan altı silindirli benzin mühərriki və hibrid güc aqreqatı ilə təchiz edilir.
Hibrid güc aqreqatının tərkibinə adı çəkilən mühərrikin 248 at qüvvəli variantı, elektrik motoru və tutumu 16 kVt-saat olan batareyalar dəsti daxildir. Tək elektrik ötürməsi ilə avtomobil 48 kilometr yol qət etmək imkanına malikdir.
Hibrid avtomobilinin yanacaq sərfiyyatı, amerikanların iddialarına görə, 100 kilometrə 3,5 litr təşkil edir. hər iki güc aqreqatı doqquz pilləli «avtomat»la təchiz edilir.
Avtomobilin avadanlıqlar siyahısına ön paneldə yerləşdirilmiş 8,4-düymlük və arxa sərnişinlər üçün nəzərdə tutulmuş 10-düymlük sensor ekranları olan Uconnect multimedia sistemi daxildir.
Avtomobilin altı növ salonun işlənmə variantı ilə təklif ediləcəkdir. Hibrid variantı üçün isə bu say ikiyə düşürülmüşdür.
Yeni avtomobilin istehsalı Kanadanın Uinsor şəhərində təşkil ediləcəkdir. Chrysler Pacifica’nın satışlarına bu ilin yazında start veriləcəkdir.