Hər il keçirilən Detroyt avtomobil salonu, Ford F-150 avtomobilinin pərəstişkarları üçün adətən bir bayrama çevrilir. İki il bindan öncə, ABŞ-da çox populyar olan bu pikapın yeni nəsli nümayiş etdirilmişdir. Keçən il isə, pərəstişkarlar avtomobilin «bərkgedən» variantının - F-150 Raptor’un nümayişini seyr etmişdirlər. Bu il isə, Ford şirkəti «bəkrgedən» pikapın SuperCrew adlanan ikiqat kabinalı variantını təqdim edir. Əlbəttə, bundan əvvəl nümayiş etdirilmiş SuperCab variantının da oturacaqları iki cərgə idi, amma F-150 Raptor SuperCab’in yalnız iki qapısı mövcuddur. Yeni avtomobilin həm rahat salonu, həm də tam ölçülü arxa qapıları vardır.

Yeni pikap, əvvəlki modelə nisbətən, 305 millimetr uzun olan təkərlərarası bazaya malikdir. Beləleiklə, avtomobilin bazası 3378 millimetrdən 3683 millimetrə qədər artmışdır.  Amerikan şirkətinin nümayədələri qeyd edilər ki, bu avtomobil F-150 Raptorun tarixində ən sürətli, ən əlverişli və ən tutmlu olanıdır.

Pikap, EcoBoost ailəsindən olan  3,5-litrlik V6 şəkilli ikiqat turbokompressorlu mühərriklə təchiz edilir. Güc aqreqati, sürətləri sükanaltı dəstəklər vasitəsi ilə ötürməyə imkan verən doqquz pilləli «avtomatla» birgə çalışır.

Ford nümayəndələri mühərrikin gücünü açıqlamasalar da, onun gücünün əvvəlki 411 at qüvvəli 6,2-litrlik V8 mühərrikinin gücündən çox olduğunu bildirmişlər.

Ford F-150 Raptor SuperCrew, avtomobilləri ralli yarışlarına hazırlayan Fox şirkətinin məhsulu olan xüsusi asqı sistemi ilə təchiz edilmişdir. Pikapın transmissiyasının, mühərrikinin və sükan idarəetməsinin, Baja (qum ilə yeyin hərəkət üçün) və Rock (daşlar üzərində yavaş hərəkət üçün) rejimləri də daxil olmaqla altı rejimi mövcuddur.

Avtomobilin daxili bazardakı satışları bu ilin payızında başlayacaqdır. Ford F-150 Raptor SuperCrew modelinin qiyməti açıqlamamışdır.

Image alt Image alt Image alt Image alt Image alt