GMC şirkəti Detroyt avtomobil sərgisində tamölçülü Acadia krossoverinin ikinci nəslini nümayiş etdirmişdir. Avtomobilin konstruksiyasında yüngülləşdirilmiş materialların tətbiqi nəticəsində yeni krossover sələfindən 317,5 kiloqram daha yüngüldür. İkinci nəsil Acadia’nın çəkisi 1794 kiloqram təşkil edir. Bununla belə, yeni GMC Acadia sələfindən 182 millimetr qısa, 90 millimetr ensiz və 100 millimetr alçaqdır. Krossover artıq səkkiz yerli varianta təklif edilməyəcəkdir - yeni GMC Acadia ancaq yeddi yerli variantda istehsal ediləcəkdir.
GMC Acadia’nın mühərriklər qammasına 194 at qüvvəli 2,5-litrlik dörd silindirli mühərrik və 310 at qüvvəsi gücü olan 3,5-litrlik V6 mühərriki daxildir. Hər iki güc aqreqatı altıpilləli avtomatik sürətlər qutusu ilə birlikdə çalışır. Avtomobil standart olaraq öndən çəkiş sistemi ilə təklif edilir. Tam ötürməli çəkiş sistemini əlavə ödənişlə əldə etmək mümkündür.
Bununla belə, amerikan bazarında yolsuzluq xüsusiyyətləti təkmilləşdirilmiş tam çəkişli xüsusi GMC Acadia All Terrain variantı da təklif ediləcəkdir.
GMC Acadia üçün, əlavə təchizat qismində təcili dayanma, yol xəttlərinə izləmə, avtomatik parketmə, dairəvi görüntü kamerası və uzaqvuran işıqların avtomatik idarəedilməsi sistemləri daxildir.
Yani modelin satışları daxili bazarda bu ilin yazında başlamalıdır. Avtomobilin qiyməti açıqlanmamışdır. Hal-hazırda krossoverik ilk nəsli 30795 dollara təklif edilir.