VLF Automotive şirkəti Detroyt avtomobil sərgisində 755 at qüvvəsi gücü olan mühərriklə təchiz edilmiş superkarı nümayiş etdirmişdir. Force 1 adlandırılan avtomobilin yaradılması üzərində, Aston Martin DB9 və BMW Z8 avtomobillərinin dizayneri, premium hibrid sedanlarının istehsalçısı olan Fisker Automotive şirkətinin banisi Henrik Fisker çalışmışdır. Yeni avtomobil məşhur Dodge Viper modelinin bazasında yığılmışdır.

VLF Force 1 superkarı iş həcmi 8,4 litr olan V10 şəkilli güc aqreqatı ilə təchiz edilir. Mühərrikin fırlanma anı 928 Nm təşkil edir. Güc aqreqatı altı pilləli mexaniki və ya altı diapazonlu avtomatk sürətlər qutusu ilə birləşdirilir. Yerindən 96 km/saat sürətini Force 1 3,0 saniyəyə toplayır. Superkarın maksimal sürətinin həddi 350 km/saatdır.

Force 1 kuzov panelləri karbondan hazırlanmışdır. сделаны из карбона. Avtomobilin çəkisi 1538 kiloqramdır.

Superkarın qabarit uzunluğu 4544 millimetr, eni – 2018 millimetr, hündürlüyü isə – 1243 millimetr təşkil edir. Avtomobilin təkərlərarası bazasının uzunluğu 2512 millimetrdir.

Superkarın interyerinin tərtibatında dəri, zamşa və alkantaradan istifadə edilmişdir. Avtomobili carbondan hazırlanmış eynək qabı, mərkəzi konsoldakı smartfon üçün ciblə və iki şüşə çaxır və ya şampan şərabının saxlanılması üçün xüsusi bölümlə təchiz etmişlər.

Force 1 avtomobili məhdud sayda - 50 nüsxədə buraxılacaqdır. Avtomobilin qiyməti 258 min 500 dollar təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt