İnfiniti şirkəti Detroyt avtomobil sərgisində Q60 kupesinin seriya variantını nümayiş etdirmişdir. Avtomobilin eksteryerin dizaynı demək olar ki, keçən il Cenevrə avtomobil sərgisində göstərilmiş İnfiniti Q60 concept prototipindən seçilmir. Kupenin seriya variantı konseptlə eyni profilə, işıq diodlarından hazırlanmış ön fənərlərə və arxa sütunun formasına malikdir. Avtomobilin aerodinamik müqavimətinin əmsalı 0,28 bərabərdir.
Yeni kupe, keçən il təqdim edilmiş yenilənmiş İnfiniti Q50 sedanından tanış olan 3,0-litrlik benzin V6 mühərriki ilə təchiz edilir. Sedandan fərqli olaraq kupenin mühərriki iki güc variantında təklif ediləcəkdir.
Standart versiyada mühərrikin gücü 300 at qüvvəsi və 400 Nm fırlanma anı olacaqdır. Ən bərkgedən kupenin mühərrikinin gücü 400 at qüvvəsi, fırlanma anı isə 475 Nm təşkil edəcəkdir.
Bundan əlavə, Q60 modelinin mühərrik siyahısına 211 at qüvvəsi və 350 Nm fırlanma anı olan 2,0-litrlik turbomühərrikdə daxil edilmişdir. bütün mühərriklər 7 pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışacaqdır. Avtomobil həm arxa, həm də tam ötürücülü çəkiş sistemi ilə təklif ediləcəkdir.
V6 mühərriki ilə təchiz edilmiş avtomobillər üçün, altı iş rejimi - Standard, Snow, Eco, Sport, Sport+ və Customize, - olan yeni adaptiv sükan idarəetməsi sistemi nəzərdə tutulmuşdur. Bundan əlavə kupe, yeni amortizatorları və yenilənmiş idarəetmə bloku olan təkmilləşdirilmiş mexatron şassi ilə də təchiz edilir.
İnfinitii Q60 standart avadanlıq siyahısına səsləri dinamikdən ötürən aktiv səsboğucu sistem də daxildir.
Bundan başqa, kupe üçün Bose firması tərəfindən xüsusi hazırlanmış 13 dinamikdən ibarət səs sistemini sifariş etmək olar.