KİA şirkəti bir neçə gün bundan əvvəl Şimali Amerika beynəlxalq avtomobil sərgisində (NAIAS) yeni konsept nümayiş etdirəcəyeni bəyan etmişdir. Sözlərinin təsdiqi olaraq, koreyalılar, təqdim olunacaq avtomobilin zahiri görünüşü əks etdirilən tizeri də yayınlamışdı. Bu gün koreyalılar konseptin adını və cihazlar paneli olan ikinci tizerini açıqlayıblar. Telluride adlanan konsept iri ölçülü krossoverdir. Çox güman ki, bu konseptin seriya variantı Cənubi Koreya şirkətinin flaqman krossoveri olan Mohave’nin yeni nəslinin carçısıdır.
Koreyalılar avtomobilin ilk tizerini Las-Veqasdakı CES 2016 istehlak elektronikası sərgisində nümayiş etdirmişdirlər. KİA Telluride modelin zahiri görkəmi, KİA-Hyundai qrupunun Kaliforniyada yerləşən dizayn-studiyasında işlənib-hazırlanmışdır. Ehtimal olunur ki, konsept koreyalıların öz məhsulu olan avtonom idarəetmə sistemi və hibrid güc aqreqatı ilə təchiz edilmişdir.
Şirkətin mətbuat xidmətinin bildirdiyinə görə, konseptin cihazlar panelinin müxtəlif hissələri, qapı panelləri və sükanın bəzi hissələri 3D printerində istifadə edilməklə hazırlanmışdır. Bundan əlavə, onlar konseptin bir sıra müasir texnologiyalar ilə təchiz ediləcəyini bildirmişlər.
Sayiələrə görə, yeni avtomobilin satışları, ancaq Şimali Amerika bazarında həyata keçilirməlidir. Digər bazarlara gəldikdə isə, koreyalılar onu Avropa bazarına çıxartmaq fikrindən uzaqdırlar.