Cənubi Koreyanın KİA şirkəti söz verdiyi kimi, bu gün Detroyt avtomobil sərgisində Telluride konseptini təqdim etmişdir. Yeddi nəfər sərnişin üçün nəzərdə tutulmuş iri ölçülü krossover, gələcəkdə Borrego/Mohave modelinin yeni nəslinin carçısı ola bilərdi. Lakin, koreyalılar avtomobilin seriya variantının istehsal ediləcəyini təsdiqləməmişdirlər. Konsept KİA Sorento krossoverinin uzadılmış şassisinin üzərində yığılmışdir. Koreyalıların fikrincə, yeni konsept KİA brendinin iri premium krossoverə olan marağının göstəricisidir.

Avtomobilin qabarit uzunluğu 5110 millimetr, eni - 2010 millimetr, hündürlüyü isə 1800 milimetr təşkil edir. Beləliklə, konsept Sorento modelimdən 240 millimetr uzun, 120 millimetr enli və 115 millimetr hündürdür.

Konseptin zahiri görünüşünün əsas yadda qalan elementləri bir-birinin əksinə aşılan qapılar, dörd ədəd işıq diodu ilə təchiz ediliş ön fənərlər, diod texnologiyası istifadə edilməklə hazırlanmış və horizontal şəkildə yerləşdirilmiş arxa fənərlərdir.

Bundan əlavə, konsept Hankook Ventus ST 275/45 R22 şinləri ilə təchiz edilmiş 22-düymlük diskləri ilə də seçilir.

Avtomobilin ıç məkanı dörd fərdi oturacaq və qatlanan üçüncü cərgə ilə təchiz edilmişdir. Orta cərgənin sərnişinləri, oturacaqlarda quraşdırılmış qatlanan xüsusi ayaq dəstəkləri sayəsində yüksək komfortla səyahət etmək imkanına malikdirlər.

Bundan başqa birinci və ikinci cərgənin oturacaqları, sərnişinlərin səhhəti barədə vacib məlumata nəzarət edən vericilərlə təchiz edilmişdir.

Bu vericilərdən alınan məlumat qapı panellərindəki displeylərdə nümayiş etdirilir və tavanda quraşdırılmış xüsusi diod işıqlarından hazırlanmış LER (Light Emitted Rejuvenation) sisteminin qanad formalı displeyi vasitəsi ilə sərnişinlərin əhval-ruhiyyəsini yaxşılaşdıran «həyat işıqı» saçmasını təmin edir. 

Orta cərgədə oturan sərnişinlər həmçinin, oturacaqların arasındakı konsolda yerləşən vericilər qrupu sayəsində əl jestlərindən istifadə etməklə multimedia sistemini idarə edə bilərlər.

KİA Telluride, tərkibinə 270 at qüvvəli 3,5-litrlik benzin mühərriki və 130 at qüvvəli elektromotor daxil olan hibrid güc aqreqatı ilə təchiz edilir. Hibrid  aqreqatının ümumi gücü 400 at qüvvəsi təşkil edir.

İri ölçelərinə baxmayaraq, qarışıq rejimdə krossover 100 kilometrə 7,8 litr yanacaq sərf edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt