Şimali Amerikan avtomobil sərgisində,Lincoln şirkəti öz flaqmanı olan Continental modelini yenidən buraxacağını bəyan etmışdir. Avtomobilin dizaynı, mart ayında təqdim edilmiş eyniadlı prototipin üslubunda yaradılmışdır. Konsept ilə seriya modeli arasında əsas fərq ön və arxa bamperlərin tərtibatındadır. Bununla yanaşı, Continental’ın seriya variantı ilə konseptin işıq texnikası, ön və arxa hissəsinin tərtibatı və pəncərə xəttində yerləşdirilmiş E-latch qapı dəstəkləri arasında heç bir fərq yoxdur.

Avtomobilin interyeri də praktiki olaraq konseptin interyeri ilə bənzərlik daşıyır.

Buna baxmayaraq, Continental’ın seriya variantında başqa sükan və digər mərkəzi konsol, havalandırma və əyləncə sistemlərinin idarəetmə orqanları ilə təchiz edilmiş dirsəkaltı olan ikinci cərgənin oturacaqları mövcuddur.  Flaqmanın interyerinin tərtibatında dəri, əsl ağac və alüminiumdan istifadə olunmuşdur.

Konsept avtomobilinin interyerinin tərtibatında isə venesiya dərisi, alkantara, çəhrayı qızıl, atlas və qoyun yunundan istifadə edilmişdir. 

Hələlik Continental yeganə 3,0-litrlik ikiqat turbokompressorlu V6 mühərriki ilə təklif edilir. Mühərrikin güc göstəriciləri 405 at qüvvəsi və 542 Nm fırlanma anı təşkil edir. Avtomobil həmçinin, arxa təkərlər arasında dartqını bölüşdürən tam ötürməli çəkiş sistemi ilə təchiz edilmişdir.

Continentalın idarəetmə elektronikasının üç iş rejimi - Standart, Komfort və Sport rejimi mövcudur.

Bu rejimlər sükan idarəedilməsinin və asqının ayarlarının tənzimlənməsinə cavabdehdirlər.

Continental’ın təchizatına dairəvi görünüş sistemi, massaj, qızdırma, havalandırma sistemləri və 30 tənzimləmə istiqaməti olan oturacaqlar, Revel audiosistemi, adaptiv kruiz-kontrol və öndən toqquşmaların qarşısına alan sistem daxildir.

Lincoln Continental modelinin istehsalı ABŞ-da təşkil olunacaqdır. Avtomobilin Birləşmiş Ştatlarda və Çində satışları payızda başlayacaqdır. Continental’ın əsas rəqibi Cadillac şirkətinin flaqman modeli olan CT6 sedanı olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt