Nissan şirkətik Kaliforniyadakı dizayn-studiyasının hazırladığı Titan Warrior konseptual pikapını Detroyt avtomobil sərgisində amerikalılara təqdim etmişdir. Şirkət dizaynerlərinin bildirdiklərinə görə, konseptin hazırlanmasında əsas məqsəd, qədim yunan döyüşçüsünün obrazını daşıyan avtomobil yaratmaq olmuşdur. Bundan əlavə, konsept ralli-reydlərdə iştirak etmiş Nissan avtomobillərinə ithaf edilmişdir. Layihənin əsası kimi, Nissan Titan XD modelinin Crew Cab versiyası götürülmüşdür.
Konseptual pikap ön asqının yeni qolları, gücləndirilmiş saylent-bloklarla, idman amortizatorları və təmilləşdirilmiş arxa körpü ilə təchiz edilmişdir. Avtomobil həmçinin təkər tağlarının genişləndiriciləri, karbondan hazırlanmış spoylerlərlə, kandarlar, ön və arxa bamperlər üçün nəzərdə tutulmuş xüsusi əlavələrlə, 37-düymlük yolsizluq şinləri geydirilmiş 18-düymlük alüminium disklərlə və dam fənərləri ilə təchiz edilmişdir.
Bu dəyişiklər nəticəsində avtomobilin hündürlüyü 1999 millimetrdən 2070 millimetrə, eni isə, 2047 millimetrdən 2200 millimetrə qədər artmışdır.
Dizaynerlər həmçinin, avtomobilin işıq texnikasını yenidən işləmişlər. Avtomobilin ön fənərləri bumeranq, axra fənərləri isə bumeranq şəklində hazırlanmışdırlar.
Pikapın interyeri də nəzərə çarpacaq dəyişikliklərə məruz qalmışdır. Belə ki, öm paneldə yolsuzluq rejimlərini idarə etmək üçün çoxlu sayda düymələr, mərkəzi konsolda isə isti və sərinləşdirici içkilər üçün xüsusi konteynerlər yerləşdirilmişdir.
Avtomobilin mühərriki dəyişikliklərə məruz qalmamışdır. Pikap Cammins şirkətinin istehsalı olan 5,0-litrlik V8 dizel mühərriki ilə təchiz edilir. Dizel mühərriki 314 at qüvvəsinə və 752 Nm fırlanma anına malikdir. Güc aqreqatı, Aisin firmasının istehsalı olan altı pilləli avtomatik sürətlər qutusu ilə birlikdə çalışır.
Bu avtomobilin seriyaya getməsi halında, Amerika Birləşmiş Ştatlarında populyar olan Ford F-150 Raptor pikapına layiqli rəqib olacağı şünhə doğurmur. Bir də ki, rəqibindən fərqli olaraq Nissan Titan Warrior dizel mühərriki ilə təchiz edilir.