Detroyt avtomobil sərgisində Toyota şirkəti qeyri-adi Mirai avtomobilini nümayiş etdirmişdir. İlk baxışdan avtomobilin xüsusi naxışla bəzədilmiş sıravi avtomobilə oxşatmaq olar. Lakin avtomobilin yenidən hazırlanmış salonuna və damındakı müəmmalı şanilara baxdıqda qarşımızda qeyri-adi avtomobilin olduğunu görürük. Əslində bu amerikan Kymeta firmasının hamar peyk antennası ilə təchiz edilmiş təcrübə avtomobilidir.

Əlbəttə, avtomobildə peyk siqnallarını tutan sistemlər artıq tətəbiq edilməkdədir. Buna misal, naviqasiya sistemini və peyk radiosunu göstərmək olar. Lakin amerikalıların yeni sistemi yüksəksürətli kosmik rabitəni təklif edir ki, adi halda bunun üçün iri çanaq və onu yönləndirən avadanlığa ehtiyac var.

Belə bir avadanlığı əlbəttə ki, minik avtomobilində quraşdirmaq mümkün deyil. Amerikalıların təklif etdiyi qurğu isə bunu asanlıqla həyata keçirməyə imkan yaradır.

Maye kristalları və xüsusi proqram təminatını istifadə edən planar antenna, qurğunu çevirmədən lazımi istiqamətə tuşlamağı təmin edir. Yeni rabitə modulu ilə birlikdə sistem avtomobili genişxəttli kanal ilə təchiz edir. 

Bununla bərabər qurğu  yığcamdır və elə konveyerdə avtomobilə quraşdırıla bilər. Onu, satış sonrası hazırlıq mərhələsində də avtomobilə əlavə avadanlıq kimi də təklif etmək olar.

Bu texnologiyanın daha bir üstün cəhəti geniş əhatə dairəsi və ənənəvi qurğuların fəaliyyətinə mane olan təbii fəlakətlərə dayanıqlığıdır.

Təsadüfi deyil ki, Toyota şirkəti Kymeta şirkətinin araşdırmalarına beş milyon dollar sərmayə qoyacaq Mirai Creation İnvestment Limited Partnership fondunun sərmayədarı olmuşdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt