Volkswagen şirkəti Detroyt avtomobil sərgisinə yeni nəsl Tiguan modelinin yolsuzluq üçün nəzərdə tutulmuş variantını gətirib. Tiguan GTE Active Concept adlanan avtomobil, hibrid güc aqreqatı ilə təchiz edilmiş və keçən il Frankfurt avtomobil sərgisində debüt etmiş Tiguan GTE Concept’in bazasında hazırlanmışdır. Yeni konsept əvvəlkindən kuzovun müdafiə dəsti, yolsuzluq şinləri və təkmilləşdirilmiş geometriya ilə fərqlənir. Avtomobilin oxları ilə yol səthi arasında olan məsafə 180 millimetrdən 226 millimetrə, klirensi isə 200-dən 243 millimetrə qədər artırılmışdır.

Avtomobilin giriş və çıxış bucaqları 26,1 və 29,9 dərəcə təşkil edir. Xatırladaq ki, Frankfurt konseptinin eyni göstəriciləri müvafiq olaraq 25,6 və 24,7 təşkil edirdi. VW Tiguan GTE Active Concept avtomobilinin güc aqreqatının tərkibinə 150 at qüvvəli 1,4-litrlik benzin mühərriki və iki elektromotor (öndə 54 a.q., arxada isə 115 a.q.), robotlaşdırılmış DSG qutusu və tutumu 12,4 kilovatt-saat olan batareyalar dəsti daxildir.

Avtomobilin ümumi gücü 225 at qüvvəsi, yürüş məsafəsi isə 928 kilometr təşkil edir.

Hibrid güc aqreqatı işə salınan zaman, avtomobil ancaq arxadakı elektrik muhərrikinin hesabına hərəkətə gəlir. Sonradan sürücü öndəki elektrik mühərriki qoşaraq avtomobili tam çəkişli edir. Bu rejimdə avtomobil, 112 km/saat həddini aşmayan sürətlə 32 kilometr məsafə qət edə bilər.

Volkswagen Tiguan GTE Active Concept’in bir neçə qabaqcadan təyin edilmiş hərəkət rejimi vardır. Bunlardan ikisi adi yol üçün (komfortlu və qənaətcil), üçü - yolsuzluq üçün (daş, qum və çınqıl ilə hərəkət), biri - idman sürüşü üçün, biri - qar üzərində sürüş üçün, digəri - batareyaların doldurulması məqsədi ilə DYM-dən istifadə üçün və nəhayət sonuncusu batareyaların ehtiyatının saxlanılması üçün nəzərdə tutulub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt