Dünən cəsuslar tərəfindən çəkilmiş fotoşəkillərini təqdim etdiyimiz Ford Fusion modelinin rəsmi təqdimat mərasimi Detroyt avtomobil sərgisində baş tutmuşdur. Avtomobilin zahiri görünüşü cüzi dəyişikliklərə məruz qalmışdır. Bundan əlavə, Fusion'un yeni 325 at qüvvəli mühərriklə və tam ötürməlu çəkiş sistemi ilə təchiz edilmiş Sport modifikasiyası da təqdim edilmişdir. Tam çəkiş sistemini, həmçinin, 2,0-litrlik turbomühərriklərlə təchiz edilmiş avtomobillər üçün də sifariş etmək mümkün olacaqdır.

Fusion Sport modeli EcoBoost ailəsindən olan 2,7-litrlik altı silindirli turbomühərrik və altı pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilir. Mühərrikin fırlanma anı 345 Nm təşkil edir. Avtomobilin dinamik göstəriciləri açıqlanmasa da, onun birbaşa rəqibləri olan Toyota Camry və Honda Accord avtomobillərini arxada qoyacağı bildirilir.

Avtomobilin avadanlıq siyahısına yol nişanlarının tanınmasıı və kor zonaların monitorinqi sistemi, və Şimali Amerikada ilk dəfə olaraq piyadaların aşkar edilməsi sistemi daxildir.

Bundan başqa Fusion, sərtliyi yol şəraitinə uyğun tənzimlənən adaptiv asqı sistemi ilə təchiz edilir.

Avtomobil həmçinin, Blackberry tərəfindən hazırlanmış QNX platformasında fəaliyyət göstərən yeni SYNC 3 multimedia kompleksi ilə təchiz ediləcək. Ford kompleksin interfeysini yeniləyəcək, sensorlu ekranın toxunuşa daha tez reaksiya verməsini təmin edəcək və səs ilə idarəetməni daha mükəmməl edəcəkdir.

Avtomobilin interyerindəki dəyişikliklərdə minimal xarakter daşıyır. Yeni multimedia sisteminin blokundan əlavə, sedanın «avtomat» qutusunun dəstəyi «şayba» ilə əvəz edilmişdir.

Bundan başqa, avtomobilin interyerində Sport versiyasına məxsus karbon işləmələri də seyr etmək olar.

Ford həmçini hər iki hibrid variantının (sadə Hibrid və məişət elektrik şəbəkəsindən doldurulan Energi) proqram təminatını yeniləmişdir. Nəticədə hər iki variantın yürüş məsafəsi artırılmış, dartmanın idarəedilməsi təkmilləşdirilmiş və yanacaq sərfiyyatı azalmışdır.

ABŞ-da Ford Fusion’un satışları bu ilin yayında başlanmalıdır. Yenilənmiş avtomobilin satış qiyməti 22 995 ilə 37 495 dollar atasında olacaq.

Fusion Sport modifikasiyasının qiyməti 34 350 dollar təşkil edir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt