Bu gün işinə başlamış Detroyt avtosalonunda Audi şirkəti Q8 krossoverinin carçısı olan yeni prototipi təqdim etmişdir. İnqolştat istehsalçısının ən iri krossoveri olacaq modelin prototipi kupeşəkilli kuzova və məişət şəbəkəsindən qidalanan hibrid güc aqreqatına malikdir.

Qeyd etmək lazımdır ki, yeni konsept ölçülərinə görə cari Audi Q7 modelini üstələyir. Prototip 5,02 metr uzunluğa, 2,04 metr enə və 1,7 metr hündürlüyə malikdir. Onun təkər bazasının uzunluğu isə üç metr təşkil edir. Prototipin baqaj bölümünün həcmi 630 litrə bərabərdir. Yaradıcıların iddiasına görə, yeni konseptin dizaynında 1980-cı illərin klassik Quattro modelinə istinadlar vardır. Buna misal kimi, avtomobilin arxa dayağı göstərilir. Bununla belə, Audi Q8 konseptinin dizayn üslubunda Prologue konseptlərinin cizgiləri açıq-aydın görünməkdədir.

Konseptin seçilən elementləri yeni formalı radiator barmaqlığı, 23-düymlük təkər diskləri, iri hava girişləri və diffuzorları  olan aerodinamik kuzov dəsti, həmçinin haşiyəsiz və dəstəksiz qapılar olmuşdurlar. Konseptin dörd yerlik salonu son Audi modellərinin üslubunda hazırlansa da, cihazlar panelinin, klimat-kontrol sisteminin öndə və arxada olan sensorlu blokunun, həmçinin multimedia sisteminin  ön paneldə “gizlədilmiş” taçskrin displeyinin quruluşu ilə fərqlənir. Oturacaqların üzlənməsində Nappa dərisindən, alkantara və parçadan istifadə edilmişdir.  

Audi Q8 konseptinin hibrid güc aqreqatının tərkibinə 333 at qüvvəli 3,0-litrlik V6 mühərriki, səkkiz pilləli avtomatik ötürmələr qutusu, 17,9 kilovatt-saatlıq litium-ion batareyalar və 136 at qüvvəsi olan elektromotor daxildir. Ümumilikdə hibrid aqreqat 700 Nm fırlanma anına malikdir ki, bu da krossoverə 100 km/saat sürətini 5,4 saniyəyə toplamağa və 250 km/saat maksimal həddə (elektronika tərəfindən məhdudlaşdırılır) çatmağa imkan verir.

Audi nüməyəndələrinin hesablamalarına görə, Q8 konseptinin ortalama yanacaq sərfiyyatı 100 kilometrə 2,3 litr təşkil edir. Ümumi yürüş məsafəsi 1000 km olan avtomobil, yalnız elektrik mühərrikindən istifadə etməklə konsept 60 kilometr məsafə qət etmək iqtidarındadır.  Akkumulyatorların tam doldurulmasına 2,5 saat tələb edilir. Hibrid üç iadrəetmə rejiminə malikdir: EV (ancaq elektriklə hərəkət), hybrid (qarışıq rejim) və battery hold (batareyaların doldurulması və enerjinin qorunub-saxlanması rejimi).

Konseptin eyni adlı seriya variantı BMW X6 və Mercedes-Benz GLE Coupe modelləri ilə rəqabət aparacaqdır. Audi Q8 modelinin seriya istehsalına 2018-ci ildə başlanacağı ehtimal edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt