İki gün bundan öncə Bentley şirkətinin model cərgəsində olən ən ekstremal modeli təqdim edəcəyi barədə xəbər yaymışdır. Bu xəbərin təsdiqi olaraq Britaniyadan olan dəbdəbəli avtomobillər istehsalçısı maraqlı bir videotizer də dərc etmişdir.

O zaman biz bu avtomobilin Bentley Continental Supersports modeli olacağını təxmin etmişdik və bu gün bir daha yanılmadığımızın şahidi olduq. Həqiqətən də, bu gün Bentley şirkətinin mətbuat xidməti ən ekstremal Bentleymodeli olan Continental Supersports barədə ətraflı məlumat dərc etmişdir.

Beləliklə, Bentley şirkətinin iddia etdiyinə görə, 336 km/saat maksimal sürətə malik olan və 100 km/saat sürətini 3,5 saniyəyə toplayan Continental Supersports dünyanın ən sürətli Qran Turizmo kupesidir. Bunu eyni zamanda, 330 km/saat maksimal sürətə malik olan və 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənən Bentley Continental Supersports Convertible kabrioletinə də şamil etmək olar. Bütün bunlara Continental GT modelinin təchiz edildiyi 6,0-litrlik W12 mühərrikinin təkmilləşdirilmiş modifikasiyası sayəsində  nail olunmuşdur.

Britaniyalı mütəxəssislər yeni yüksək məhsuldarlıqlı turbokompressorları və təkmilləşdirilmiş soyutma sistemini tətbiq edərək mühərrikin gücünü 700 at qüvvəsinə, fırlanma anını isə 1017 Nm-ə yüksəltməyə müvəffəq olmuşdurlar. 

Yeni güc xarakteristikaları avtomobilin yerində 100 km/saata sürətlənməsini 0,4 saniyə daha yeyin etmişdirlər. Artmış dinamik göstəricilər, Bentley mühəndislərini  avtomobilin əyləc sistemini də yenidən nəzərdən keçirməyə məcbur etmişdir.

Bentley Continental Supersports modeli yaxşılaşdırılmış soyutma sisteminə malik olan güclü karbon-saxsı əyləc mexanizmləri ilə təchiz edilmişdir. Şirkət nümayəndədləri Conti Superspors modelini dünyada ən iri əyləc disklərinə malik olan avtomobil adlandırırlar. Bu əyləc mexanizmlərini 21-düymlük döyməli təkər disklərinin milləri arasından müşahidə etmək olar. Yeri gəlmişkən bu disklər 20 kiloqram çəkiyə qənaət etməyə imkan vermişdirlər.

Bundan başqa, standart  sistemindən 5 kiloqram yüngül olan titandan hazırlanmış buraxılış sistemi də çəkiyə qənaət işinə öz töhfəsini vermişdir.

Bentley Continental Supertspors modeli Continental GTR-3 modelindən tanış olan dartma vektorunun idarəedilməsi sistemi ilə təchiz edilir. Yalnız, Supersports modelinin təchiz edildiyi sistem yenidən nəzərdən keçirilərək daha da təkmilləşdirilmişdir. Bildiyimiz kimi, bu sistem döngədən çıxdıqdan sonra sürətlənmə zamanı dinamikanı yaxşılaşdırmaq və fırlanma anını digər təkərlədə saxlamaq üçün istənilən təkəri ayrılıqda yavaşlatmaq qabiliyyətinə malikdir. Eyni zamanda sistem döngədə daxili arxa təkəri yavaşladaraq manevr qabiliyyətini gücləndirmiş olur. Bundan əlavə, idarəetmədən maksimal həzz almaq məqsədilə mütəxəssislər stabilləşdirmə sisteminin daha gec işə qarışmasını təmin etmişdirlər.

Bentley Continental mühərrikin fırlanma anını 40:60 nisbətində bölüşdürən tam çəkiş sistemi,  hündürlüyü azaldılmış və daha sərt dinamikalı asma ilə təchiz edilmişdir. Bununla belə, mühəndislər asmanın rəvan gedişini qoruyub-saxlamağa müvəffəq olmuşdurlar.

Bentley Continental Supersports modelini karbondan hazırlanmış ön splitter və arxa diffuzorla təchiz edilmiş yeni ön və arxa bamperlər, kandarların yeni örtmələri və kapotda olan havalandırma girişləri, ön qanadlarda olan qara rəngli hava girişləri və buraxılış sisteminin nahamar səthli boruları sayəsində tanımaq olar. Bu mənzərəni, tünləşdirilmiş işıq texnikası, qara parlaq rəngə boyanməş radiator barmaqlığının, fənərlərin, arxa bamperin haşiyələri, qapı dəstəkləri və pəncərə xəttləri tamamlayır. Əlavə ödənişlə arxa spoyler və ön splitterinmbalanslaşdırılmış uyğunlaşdırılmasını, Supersports emblemlərini və qara rəngli cilalanmış  21-düymlük təkər disklərini sifariş etmək mümkündür. Daha bir opsiya karbondan hazırlanmış Supersports emblemi olan parlaq rəngli ön kapotdur.

Avtomobilin interyeri də eksteryeri kimi möhtəşəm görünüşə malikdir. Üç rəngli dərindən istifadə edilərək tərtib edilmiş salon həddindən ziyadə gözəl alınmışdır. Salonun tərtibatında yüksək kefiyyətli dəridən, alkantaradan və rombşəkilli tikişlərdən gen-bol istifadə edilmişdir.

Ön panelin tərtibatı üçün təklif edilən 10 növ şponla yanaşı damalı karbondan da istifadə etmək mümkündür. Avtomobilini fərdi şəkildə yığmağa üstünlük verənlərə "X Specification" dəstindən yararlanmaq təklif edilir. Bu dəstin tərkibinə səkkiz növ iki rəngli boyama, karbondan hazırlanmış yan güzgülər və karbon örtmələri olan pedallar,  titandan hazırlanmış buraxılış sistemi, qapı panellərinin karbonla işləməsi və mühərrikin karbondan hazırlanmış qapağı daxildir.

Bununla kifayətlənməyənlər fərdiləşmədə ixtisaslanmış Mulliner atelyesinə müraciət edə bilərlər. Bentley Continental Supersports modelini sifariş etmək istəyən yerli Bentley pərəstişkarları artıq Bentley Bakı Mərkəzinə müraciət edə bilərlər. Belə fürsəti əldən vermək olmaz!

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt