Honda şirkəti Detroyt avtosalonunda Odyssey miniveninin beşinci nəslini nümayiş etdirmişdir. Yeni miniven arxa oturacaqların sərnişinlərinə nəzarəti həyata keçirən kameranı, danışıq sistemini və 4G LTE şəbəkəsini dəstəkləyən multimedia kompleksini əldə etmişdir.

CabinWatch videonəzarət sistemi, əsasən arxa oturacaqlarda əyləşən uşaqların təhlükəsiz nəqli üçün nəzərdə tutulmuşdur. İkinci cərgə oturacaqların üzərində tavanda quraşdırılmış kameranın görüntüləri öndə olan səkkiz düymlük displeydə əks etdirilir. Öz növbəsində, CabinTalk danışıq sistemi ikinci və üçüncü cərgələrin yanında quraşdırılmış dinamiklər, həmçinin qulaqlıqlar vasitəsi ilə sürücünün səsini gücləndirərək arxa sərnişinlərə ötürür. Sürücü, eyni zamanda, istənilən qurğu vasitəsilə səsin gücləndirilməsini seçmək imkanına malikdir.  

Bundan başqa, Honda miniven üçün xüsusi CabinControl mobil əlavəsini hazırlamışdır ki, bu əlavə smartfon vasitəsi ilə klimat-kontrol sistemini idarə etməyə yardım edir. İkinci və üçüncü cərgənin sərnişinləri üçün 10,2-düymlük displey nəzərdə tutulmuşdur ki, onlar vasitəsi ilə nəinki media fayllara baxmaq, həmçinin planlaşdırılmış marşrut və çatma vaxtı barədə məlumatı öyrənmək mümkündür.  Minivenin multimedia kompleksi Apple CarPlay və Android Auto funksiyalarını dəstəkləyir və Wi-Fi daxilolma nöqtəsinə malikdir.  

İnteryerin digər maraqlı elementi Magic Slide texnologiyalı ikinci cərgənin «sürüşən» oturacaqlarıdır. Tirlərdə yerləşdirilmiş oturacaqlar birlikdə hərəkət edə və yaxud sərnişinlərin sayına uyğun olaraq yerləşdirilə bilərlər.

Əvvəlki kimi, orta cərgənin oturacaqlarını tamamilə salondan çıxarmaq da mümkündür. Minivenin avadanlıq təchizatına müasir təhlükəsizlik sistemlərinin kompleksi daxil edilmişdir. Bunlara misal olaraq adaptiv kruiz-kontolu, zolaqda saxlama köməkçisini, öndən çarpışmaları önləyən və ətrafdakı yol hərəkətinə nəzarət edən sistemi göstərmək olar. Əlavə ödənişlə quraşdırılmış tozsoranı və avtomatik uzaq işıqları olan işıqdiodlarından fənərləri sifariş etmək mümkündür.

Miniven 280 at qüvvəsi olan 3,5-litrlik V6 i-VTEC mühərriki ilə təchiz edilir. Güc aqreqatı 9 və ya 10 pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışa bilər. Honda Odyssey modelinin satışlarına bu ilin yazında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt