Gözlənildiyi kimi, Lexus şirkəti bayraqdar sedanı olan LS modelinin beşinci nəslini Detroyt avtosalonunda nümayiş etdirmişdir. Amerikalıların diqqətinə yeni altı silindirli iki turbokompressorlu benzin mühərriki və 10-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilmiş Lexus LS 500 modifikasiyası təqdim olunmuşdur.

Yeni bayraqdar sedan GA-L modul platformasının uzadılmış variantıda yığılmışdır. Bu platformadan ilk dəfə LC 500 kupesinin istehsalında istifadə edilmişdir.  Beşinci nəsil LS modelinin qabarit uzunluğu 5235 millimetr, eni – 1900 millimetr, hündürlüyü – 1450 millimetr, təkər bazasının uzunluğu isə 3125 millimetr təşkil edir. Beləliklə, yeni sedan sələfinin uzun bazalı variantından üç santimetr uzun və 15 millimetr alçaqdır. Avtomobilin kapot və baqaj bölməsi müvafiq olaraq 30 və 41 millimetr aşağıda yerləşmişdir.-

Eyni zamanda modelin eni, oxlar arasındakı məsafəsi və təkər izi də genişlənmiş, həmçinin ağırlıq mərkəzi aşağı düşmüşdür. Lexus LS modelinin beşinci nəsli sələfindən 90 kiloqram daha yüngüldür ki, buna da avtomobilin konstruksiyasında alüminiumdan geniş istifadə sayəsində nail olunmuşdur. Birbaşa çiləmə sistemi ilə təchiz edilmiş yeni 3,5-litrlik V6 mühərriki 415 at qüvvəsi və 600 Nm fırlanma anı təklif edir. 

Müqayisə üçün bildirmək istərdik ki, əvvəlki nəsil Lexus sedanının top variantı olan LS 600h modeli 394 at qüvvəsinə malik idi. Arxadan çəkişli LS 500 modeli 100 km/saat  həddinə 4,5 saniyəyə sürətlənir. Tam çəkişli variantın dinamik xüsusiyyətləri istehsalçı tərəfindən açıqlanmamışdır.

Lexus LS modelinin təchizatına ön və arxa oturacaqların qızdırılması, havalandırması və massaj funksiyaları, arxa sərnişinlər üçün nəzərdə tutulmuş ayaq dəstəyiı (əlavə ödənişlə), həmçinin arxa sərnişinlərin avtomobilə daxil olub-çıxmasını asanlaşdırmaq üçün ön oturacağın 48 dərəcə qabağa əyilməsi və 24 dərəcə qaldırılması funksiyası daxil edilmişdir. Eyni zamanda avtomobilin salonun tərtibatında lazer işləmələrinin və yapon şponunu bədii vəhdəti olan əsil ağacdan istifadə etmək olar. Əlavə olaraq Lexus LS bayraqdar sedanı pnevmatik asmaya, proyeksiya displeyinə, Mark&Levinson səs sisteminə, səs-küyün aktiv bogulması sisteminə, şinlərin verdiyi rezonansları azaldan xüsusi 19 və ya 20 düymlük təkər disklərinə malik olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt