Toyota şirkəti Camry sedanının səkkizinci nəslinin bazasında hazırlanmış yarış avtomobilini nümayiş etdirmişdir. NASCAR yarış seriyasında çıxış edəcək avtomobilin rəsmi təqdimatı Detroyt avtomobil sərgisinin çərçivəsində baş tutmuşdur.

Carscoops saytının yaydığı məlumatda yarışlar üçün nəzərdə tutulmuş Toyota Camry 5,9-litrlik səkkiz silindrli mühərriklə təchiz edilmişdir ki, mühərrikin gücü 725 at qüvvəsi təşkil edir. Arxadan çəkişli yarış avtomobili dörd pilləli ötürmələr qutusu ilə komplektləşdirilmişdir. Yarış avtomobilinin hazırlanması Toyota Racing Develompmet (TRD) bölməsinin amerikan ofisininin və istehsalçının Kaliforniyadakı Calty Design Research, Inc. Studiyasının mütəxəssislərinə həvalə edilmişdi. Yarış avtomobilin ilk “döyüş” debütü 18 fevral tarixində Daytona International Speedway avtodromunda baş tutacaqdır.

Toyota Camry sedanının səkkizinci nəsli Detroyt avtosalonunda təqdim edilmişdir. Yeni sedan TNGA modul platformasında yığılmış, 2,5 və 3,5-litrlik benzin mühərrikləri ilə təchiz edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt