Nissan şirkəti Detroytda keçirilən NAİAS-2017 sərgisinə Vmotion 2.0 adlı yeni konsepti gətirmişdir. Yapon istehsalçısının nümayəndələri prototipin şirkətin gələcək avtomobillərində tətbiqini tapacaq dizayn üslubunu nüçayiş etdirdiyini bildirmişdirlər.
Nissan Vmotion 2.0 Concept prototipi Nissan İntelligent Mobility proqramının tərkib hissəsi olaraq futuristik dizaynı ilə seçilir.
Avtomobilin yaradıcıları onun “uslubun, emosional dizaynın, genişliyin, rahatlığın və texnologiyaların vəhdəti” olduğunu bildirmişdirlər.Bununla belə, yaradıcılar avtomobilin öz sahələrində peşəkar olan və hərəkət zamanı çalışmağı sevənlərə yönəldildiyini də vurğulamışdırlar.Nissan Vmotion 2.0 Concept “avtomobilin arxitekturası və həcmin formalaşması üçün intellektual üçölçülü formanı” formalaşdırır. Qeyd etmək lazımdır ki, konseptin ön hissəsinin dizaynı V-Motion istiqamətinin yeni interpretasiyasıdır.
Maraqlı həll yollarından biri radiator barmaqlığının üzərində olan işıq saçan loqotipdir ki, bu da avtomobilin avtonom ProPİLOT rejiminə keçdiyindən xəbər verir.
Bundan əlavə, effektiv aerodinamikanı “üzən” dirəklər və yuvarlaq arxa şüşə nümayiş etdirir.
Vmotion 2.0 Concept 4860 millimetr uzunluğa, 1890 millimetr enə və 1380 millimetr hündürlüyə malikdir. Onun təkər bazasının uzunluğu 2850 millimetr təşkil edir. Avtomobil , yeni Nissan dizayn üslubunu – “Emosional geometriya”, - göstərən taybatay açılan qapılara və çoxsaylı dizayner həllərinə malikdir. Salonda futuristik sükan çarxını, minimal sayda düymələri, mərkəzi konsolda olan, cihazlar paneli və əyləncə sistemi quraşdırılmış iri paneli görmək olar.
Konsept həmçinin, “incə qadın çantası ilə bənzərlik verən tikişsiz unikal elastik dəri ilə örtülmüş” oturacaqlara malikdir. Yapon istehsalçısının mətbuat xidməti avtomobilin salonunun ProPİLOT rejiminə keçdikdən sonra yüksək rahatlığı təmin etdiyini də vurğulamışdır. Mərkəzi konsolda əyləncə sistemlərinin çoxfuksiyalı taçpadı yerləşdirilmişdir. Avtomobilin salonundakı dəbdəbəni yüksək kefiyyətli materiallar və Zerbano ağacından işləmələr açılamalıdır.