Porsche şirkəti 911 sportkarının GTS variantlarını yeniləmişdir. Əsas yenilənmə sportkarın kapotunun altında baş vermişdir - əvvəlki 3,8-litrlik atmosfer mühərriki 3,0-litrlik turbomühərriklə əvəz edilmişdir.
Yeni mühərrik 450 at qüvvəsi təklif edir ki, bu da atmosfer mühərrikində olduğundan 20 at qüvvəsi çoxdur. 3.0-litrlik turbomühərrik yeddi pilləli mexaniki ötürmə qutusu və ya eyni diapazonlu PDK “robotu” ilə birgə çalışa bilər. Əvvəlki kimi, Porsche 811 modelinin arxadan və tam çəkişli, həmçinin 911 Targa variantları GTS modifikasiyasında təklif ediləcəkdirlər. Bildiyimiz kimi, “Targa” ancaq tam çəkiş sistemi ilə təklif edilir.
Sport Chrono dəsti və PDK sürətlər qutusu ilə təchiz edilmiş tam çəkişli Porsche Carrear GTS modli 100 km/saat sürətini 3,6 saniyəyə toplayacaqdır. Bütün GTS variantları maksimal sürəti 300 km/saat təşkil edir. Yalnız mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş kupe 312 km/saat həddinə sürətlənməyə qadirdir.
Porsche 911 modelinin GTS variantlarının təchizatına PASM aktiv asma sistemi, mərkəzi kilidli 20-düymlük təkər diskləri və alkantara üzlənmiş elektriklə tənzimlənən oturacaqlar daxildir. Almaniyada ən ucuz GTS modeli 124451 avrodan satılacaqdır. Avtomobilin top variantları isə 144919 avrodan başlayan qiymətlərlə təklif ediləcəkdirlər.