Subaru şirkəti “qaynar” WRX və WRX STi modellərinin yenilənmiş variantları üzərindəki sirr pərdəsini qaldırmışdır. Hər iki yüksək məhsuldarlıqlı avtomobil dəyişdirilmiş xarici görkəmə, interyerin tərtibatında istifadə edilən daha kefiyyətli materiallara, təkmilləşdirilmiş texniki “içalata” və genişləndirilmiş təchizat səviyyəsinə malik olmuşdurlar.

Hər iki model daha aqressiv formalı radiator barmaqlığını, ön bamperdə olan böyüdülmüş hava girişlərini əldə etmişdirlər.  Subaru WRX Limited və STi  modifikasiyası standart olaraq sükan idarəetməsi ilə həmahəng çalışan işıqdiodlarından hazırlanmış təkmilləşdirilmiş optika ilə təchiz edilmişdirlər. Bu texnologiya sayəsində döngələri daha yaxşı işıqlandırmaq mümkün olacaqdır. Bundan başqa, baqajı bərkitmək üçün avtomobillərin damında xüsusi kronşteynlər quraşdırılmışdır.

Yapon şirkətinin mətbuat xidməti avtomobilin interyerinin tərtibatında daha yüksək kefiyyətli materiallardan istifadə edildiyini xüsusi ilə vurğulamışdır. Subaru WRX və WRX STi modellərtinin salonunda yeni qapı dəstəklərini, quraşdırılmış stəkanaltıları olan arxa dirsəkaltını və baqaj bölməsinin məsafədən sürətli açılması sisteminin düyməsini görmək olar.

Eyni zamanda, supersedanlar yaxşılaşdırılmış səs izolyasiyasını əldə etmişdirlər. Bundan əlavə, avtomobillərin standart avadanlıq siyahısına yeni 5,9-düymlük displey, yan güzgülərin qızdırılması, qabaq oturacaöın bel hissəsinin elektik  ilə tənzimlənməsi (WRX Limited), 7-düymlük sensorlu ekranı olan Subaru Starlink əyləncə-məlumat kompleksi (WRX Premium) daxil edilmişdir.

Subaru WRX

Restaylinq edilmiş Subaru WRX modeli yenidən tənzimlənmiş asmanı, sükanın təkmilləşdirilmiş elektrik gücləndiricisini və  “ötürmə hissi” yaxşılaşdırılmış  6-pilləli mexaniki ötürmələr qutusunu əldə etmişdir. Yenilənmiş avtomobillər üçün opsional “Performance” dəsti təklif edilir ki, bu dəstin də tərkibinə qırmızı rəngli əyləc supportları, “Jurid” əyləc baltaları, elektriklə tənzimlənən “Recaro” idman oturacaqları və çəkinin azaldılması üçün çıxarılan lyuk daxildir.

Qeyd etmək lazımdır ki, hər iki avtomobil əvvəlki güc aqreqatları ilə təchiz edilirlər.  Subaru WRX modeli 268 at qüvvəli 2,0-litrlik mühərriklə hərəkətə gəlir.

Güc aqreqatı standart olaraq 6-pilləli mexaniki ötürmələr qutusu və Symmetrical AWD tam çəkiş sistemi ilə təchiz edilir. Opsional olaraq Sport Lineatronic variatorunu da sifariş etmək mümkündür.

Subaru WRX STI

Yenilənmiş Subaru WRX STi modeli də təkmilləşdirilmiş asma və əyləc sistemini, dəlinmiş əyləc disklərini və elektrik idarəetməsini almış təkmilləşdirilmiş DCCD (Driver Controlled Center Differential) tam çəkiş sistemi ilə təchiz edilir.

Yenilənmiş WRX STi modeli 305 at qüvvəli 2,5-litrlik oppozit mühərriki ilə hərəkətə gəlir. Bu modelin təchizatına ralli aləmindən gələn texnologiyalar daxil edilmişdir. Bunlara misal olaraq, Multi-Mode Vehicle Dynamics Control, Active Torque Control və Multi-Mode Driver Controlled Center Differential simmetrik tam çəkiş sistemini göstərmək olar.

Ön tərəfin strukturunun yenidən baxılması və yeni elektron sistemlərin tətbiqi sayəsində hər iki avtomobilin təhlükəsizlik səviyyəsi yüksəldilmişdir.

Opsional təhlükəsizlik dəsti ilə təchiz avtomobillərin avadanlıq siyahısına,  EyeSight sisteminin statusunu və xəbərdarlıqları işıqdiodları vasitəsi ilə alın şüşəsinə proyeksiya edən EyeSight köməkçi monitoru da daxil edilmişdir.

Yenilənmiş "qaynar" modellərin satışlarına bu ilin yazında start veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt