Detroyt avtosalonun ən çox gözlənilən yeniliklərindən də biri, amerkalıların böyük rəğbət bəslədiyi, Toyota Camry modelinin səkkizinci nəsli olmuşdur. Toyota nümayəndələri yeni Camry sedanının daha aqressiv görməkəmə malik olduğunu bildirmişvə yapon şirkətinin ən qabaqcıl modeli kimi xarakterizə etmişdirlər.
Yeni nəsil Toyota Camry modelinin əsasını Toyota New Global Architecture (TNGA) modul platforması təşkil edir. Bu səbəbdən də yaponlar yeni “Kamri” modelinin idman xarakterinə malik olduğunu və onun sahibinin idarəetmədən həzz alacağını iddia edirlər.
Yeni Toyota Camry tamamilə yeni dizayna malik olmasına baxmayaraq, modelə xas olan cizgiləri qoruyub saxlamışdır. İlk növbədə avtomobilin 50 millimetr böyümüş təkər bazası, onun qabarit uzunluğunun 4859 millimetrə qədər artmasına səbəb olmuşdur. Eyni zamanda avtomobilin hündürlüyü də azalaraq 1440 millimetr olmuşdur. Avtomobilin eni 1830, təkər bazasının uzunluğu isə 2820 millimetrdir.
Toyota nümayəndələrinin bildirdiyinə görə, yaradıcı komandanın qarşısında üç tapşırıq qoyulmuşdu: avtomobilin ağırlıq mərkəzini aşağı salmaq, salonun emosional görünüşünü yaratmaq və həm xaricdən, həm də daxildən avtomobilin idman xarakterli olmasını təmin etmək.
Nəticədə, yeni Camry Keen Look fəlsəfəsinə cavab verən iki bölməli radiator barmaqlığını, çıxıntıları olan kapotu, kuzovun hamar xəttlərini, işıqdiodlarından olan sanballı işıq texnikasını, və aqressiv görkəmli bamperləri əldə etmişdir. Yeni dizayn sedanın aerodinamikasını yaxşılaşdırmaqla bərabər ona aqressiv və idman görkəmi bəxş etmişdir.
Toyota Camry amerika bazarında dörd təchizat səviyyəsində LE, XLE, SE və XSE təklif ediləcəkdir. İdman xarakterli SE və XSE modifikasiyaları daha aqressiv aerodinamik kuzov dəsti ilə seçiləcəkdirlər ki, bu dəstin tərkibinə qara rəngli 19-düymlük təkər diskləri, xüsusi kandarlar, kiçik arxa spoiler, aqressiv ön və arxa bamperlər, iri diffuzov və hava girişləri, həmçinin unikal Catamaran əlavələri daxildir.
Avtomobilin interyeri də tam dəyişdirilmişdir . İstehsalçının sözlərinə görə, interyer “funksionallığın, futurustik üslubun və yüksək kefiyyətin” göstəricisidir. Camry modelinin salonunda 8-düymlük ekranı olan multimedia sistemini və cihazlar panelində olan 7 düymlük monitoru görmək olar.
Səkkizinci nəsil Toyota Camry modelinin mühərrik çeşidinə 2,5-litrlik dörd silindirli mühərrik və 3,5 litrlik V6 mühərrikidir. Hər iki mühərrik yeni səkkiz pilləli “avtomat” ilə birgə çalışır. Bundan başqa, avtomobil tərkibinə 2,5-litrlik mühərrik, variator daxil olan hybrid güc aqreqatı ilə də təklif ediləcəkdir. Bundan başqa, avtomobil tərkibinə çoxsaylı təhlükəsizlik sistemləri daxil olan Toyota Safety Sense P dəstini də əldə etmişdir. Bu dəstin tərkibinə dinamik kruiz-kontrol, zolaqlarda hərəkət köməkçisi, piyadaları aşkar edərək toqquşmanı önləyən system, avtomatik üzaq işıqları, kor zonalara nəzarət və sair sistemlər daxildir. Standart olaraq Camry altı təhlükəsizlik yastığı, EBD, BA, ABS, ESP sistemləri ilə təchiz ediləcəkdir. Toyota Camry həmçininmüasir Toyota Entune 3,0 multimedia sistemini də əldə etmişdir. Bu system avtomobili uzaqdan çalışdırmaq, qapıları açmaq, onun vəziyyəti və yerləşməsi barədə məlumat vermək iqtidarındadır. Əlavə ödənişlə JBL premium səs sistemini də sifariş etmək mümkündür.