Volkswagen şirkəti Detroyt avtosalonuna iri ölçülü Atlas krossoverinin R-Line idman dəsti ilə təchiz edilmiş modifikasiyasını gətirmişdir. Atlas R-Line krossoverinin Amerika Birləşmiş Ştatlarındakı satışlarına yaz aylarında start veriləcəkdir.
Volkswagen Atlas R-Line standart krossoverdən yeni bamperləri, dəyişdirilmiş hava girişləri, arxa diffuzor, kandarlardakı əlavələr, R-Line emblemləri və 20-düymlük təkər diskləri ilə seçilir. Krossoverin interyerində yeni sükan çarxını və pedalların alüminium əlavələrinı görmək olar. Bundan əlavə, multimedia sistemi işə salınarkən ekranda R-Line sözləri peyda olur. İdman dəsti həm 238 at qüvvəli dördsilindirli mühərriki olan, həm də 280 at qüvvəli 3,6-litrlik altı silindrli güc aqreqatı ilə təchiz edilmiş krossoverlər üçün təklif edilir. Volkswagen Atlas krossoveri keçən ilin payızında təqdim edilmişdir.
Avtomobil MQB modul platformasında yığılmışdır ki, bu platformadan da Şkoda Kodiaq və Volkswagen Tiguan modelinin ikinci nəslinin istehsalında istifadə olunur. Atlas modelinin Azərbyacan bazarında satılacağı barədə məlumat verilməmişdir.